ABŞ Güləni Türkiyəyə təhvil verməyəcək
ABŞ türkiyəli müxalifətçi xətib Fətullah Gülənin ölkədən çıxarılması məsələsini nəzərdən keçirmir.
Oxu.Az “Bloomberg”ə istinadla xəbər verir ki, bu barədə Amerika prezidenti Donald Trampın administrasiyasından bildirilib.
Qeyd edək ki, daha öncə NBC telekanalı adı açıqlanmayan mənbəyə istinadla Gülənin ölkədən çıxarılmasının ABŞ tərəfindən nəzərdən keçirildiyi barədə xəbər yaymışdı. Məqsəd isə səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi məsələsində Türkiyənin tələblərinin azaldılmasıdır.
Mənbə:> Oxu.Az