Tramp: ABŞ Kaşıkçının qatillərinin adlarını açıqlayacaq
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, yaxın zamanda Birləşmiş Ştatlar müxalifətçi səudiyyəli jurnalist Camal Kaşıkçının qətlinə dair “çox geniş məruzə” təqdim edəcək.
Bu barədə Oxu.Az “Associated Press”ə istinadla xəbər verir.
Onun sözlərinə görə, böyük ehtimalla məruzə noyabrın 20-də təqdim olunacaq.
Amerika lideri qeyd edib ki, sənəddə jurnalistin kim tərəfindən qətlə yetirilməsi barədə məlumat olacaq.
Tramp bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin nəticələri haqqında KİV-ə sızan xəbərlər “ilkin” xarakter daşıyıb.
Mənbə:> Oxu.Az