Abelin İspaniyadakı şərabı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Maraqlı, Video

Abelin İspaniyadakı şərabı – VİDEO

Abelin İspaniyadakı şərabı

Bakı Dövlət Universitetinin dünəndən etibarən keçmiş rektoru Abel Məhərrəmovun dini tolerantlıq adı altında keçirilən, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qudası Əli Evsenin təşkil etdiyi beynəlxalq konfransda şərabın güdazına getdiyi artıq məlumdur.

Rektor-akademik Madriddə Azərbaycandan onunla birlikdə gedən nümayəndə heyətinin də iştirak etdiyi yeyib-içmək məclisində nəinki şərabdan içib məst olub və dava salıb, eyni zamanda bəlli olub ki, A.Məhərrəmov həm də səfir oğlunun adına çəlləklərlə dolu Azərbaycan şərabını diplomatik yük adı altında Bakıdan daşıyıb. Qayıdanda isə ispan şərabı adı altında bu dəfə butulkalarda Bakıya gətirib. Və özünün restoranlarında, şadlıq evlərində satdırırmış.

Virtualaz.org qeyd edir ki, bu iddialar hələ təkzib olunmayıb. Hərçənd rəsmi KİV-lərdə ayrı-ayrı vaxtlarda dərc edilmiş materiallara əsasən şərab sözü Abel Məhərrəmova və səfir oğluna tamamilə doğmadır.

Abelin İspaniyadakı şərabı


Belə ki, Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov 2016-cı ildə Madridə təyinat aldıqdan dərhal sonra şərab işi ilə yaxından məşğul olmağa başlayıb. Hərçənd bu həmin dövr idi ki, neft kəskin ucuzlaşmışdı və Azərbaycanın valyuta gəlirlərində ciddi azalma baş vermişdi, dalbadal iki devalvasiya olmuşdu. Və Azərbaycandan qeyri-neft məhsullarının, o cümlədən şərabın ixracını artırmaq, ölkəyə başqa mənbələrdən valyuta gətirmək məsələsi ciddi aktuallaşmışdı.

Nəticədə səfir Məhərrəmovu Madriddə Azərbaycan şərablarının satışını həyata keçirən mağazaların açılış mərasimlərində görmək olurdu. Üstəlik deyilənlərə görə Azərbaycand da ispan şərablarının satışı biznesi ona və atasına aid idi.

Məsələn, “AzərTAC”ın materiallarına əsasən səfir Anar Məhərrəmov 2018-ci ilin oktyabr ayında İspaniyanın Madrid şəhərində yerləşən "Madrid Rioxa Mərkəzi”ndə Azərbaycan şərablarının təqdimat mərasimini keçirib. Bu barədə “AzərTAc” da xəbər yayıb.

Abelin İspaniyadakı şərabı


Mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və yerli kütləvi informasiya vasitələrinin, İspaniyanın şərabçılıq üzrə tanınmış şirkətlərinin, habelə A.Məhərrəmovun biznes ortaqlığı ilə Qəbələdə yaradılan (unikal.org saytı belə iddia edir) "Aspi Agro” MMC şirkətinin təmsilçiləri iştirak ediblər.

Tədbiri açan Madrid Rioxa Mərkəzinin prezidenti Xose Antonio Ruperes Kanyo Azərbaycan şərablarının füsunkar dada və keyfiyyətə malik olduğunu deyib və məhz bu səbəbdən İspaniyanın əsas şərabçılıq bölgələrindən sayılan Rioxa şərabları ilə Azərbaycan şərablarının birgə təqdimat mərasiminin keçirilməsinin təsadüfi olmadığını bildirib.

Daha sonra "Aspi Agro” MMC şirkətinin nümayəndəsi tərəfindən "Savalan” brendinə məxsus şərablarla bağlı təqdimat edilib.

Abelin İspaniyadakı şərabı


Tədbirdə Azərbaycan şərabı adı ilə yalnız bu şirkətin istehsalı olan 3 çeşiddə şərabın təqdimatı, eləcə də dequstasiyası keçirilib. Bu da Azərbaycanda şərab istehsalı ilə məşğul olan digər şirkətlərin ciddi narazılığına səbəb olub.

Unikal.org belə yazır ki, təqdimatdan sonra, Madriddə "Savalan” brendinə məxsus şərabların satışına da böyük təlabat yaranıb. Bunun üçün təlabatın artıdğını səfir oğul atasına bildirib. Abel Məhərrəmov da bunu nəzərə alaraq bu dəfə özü Bakıdan şeyxin təyyarəsi ilə Madridə şərab çəlləkləri aparmaq qərarına gəlib.

Lakin ata-oğul Məhərrəmovlar, İspaniya və şərab əhvalatında bir maraqlı ştrix də var. Belə məlum olur ki, İspaniyada “Abel Mendoza” adlı şərab da buraxılır və saytlar dərhal belə qənaətə gəliblər: bu ki, bizim Abeldir! Yəni BDU rektoru şəraba və şərab biznesinə o qədər aludə olub ki, İspaniyada öz adına şərab da buraxdırıb?!

Abelin İspaniyadakı şərabı
Abelin İspaniyadakı şərabı


Bu Abelin soyadı Məhərrəmov deyil...

Bəlkə misilsiz korrupsiya əməlləri ilə məşhurlaşan və bu günlərdə vəzifəsini itirən Rüfət Aslanlı-Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri də Abel müəllimin “adına olan” şərabdan ilhamlanıb və Fransada öz adına “Maison d` Aslanlı” markası ilə şərab buraxdırıb?

Abelin İspaniyadakı şərabı


Əslində isə belə deyilmiş. Yəni İspaniyada buraxılan “Abel Mendoza” markalı şərabın Abel Məhərrəmova birbaşa aidiyyatı yox imiş! Amma bu o demək deyil ki, Abel Məhərrəmovun Madriddəki “Eurostar Madrid” otelindəki həmin içki məclisində bərk sərxoş olmasının səbəbkarlarından biri də “Abel Mendoza” olmayıb. İnternet mənbələrində göstərilir ki, Abel Mendoza ad-soyadlı şəxs İspaniyada tanınmış şərab ustasıdır və “Abel Mendoza” onun şərab markalarından biridir. Növündən asılı olaraq “Abel Mendoza” şərablarının qiyməti 8-47 avro arasında dəyişir.

Doğrudan da mistikadır, BDU rektoru Abel, ispan şərab ustası Abel, Madriddə içki məclisi və dava-dalaş. Axırda da belə...



Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *