İşdən çıxarılması haqda sərəncam Abel Məhərrəmovu qəfil haqlayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hadisə

İşdən çıxarılması haqda sərəncam Abel Məhərrəmovu qəfil haqlayıb

İşdən çıxarılması haqda sərəncam Abel Məhərrəmovu qəfil haqlayıb

Bakı Dövlət Universitetinin dünəndən etibarən keçmiş rektoru Abel Məhərrəmov işdən çıxarılması barədə sərəncama qəfil yaxalanıb. Virtualaz.org xəbər verir ki, ötən gün əvvəlcə sosial şəbəkələrdə Abel Məhərrəmovun işdən çıxarıldığı haqda şaiyələr yayılıb. Saytlardan biri rektora zəng vurub və bu şaiyələrə münasibətini soruşub. A.Məhərrəmov bu məlumatları təkzib edib: “Hazırda işdəyəm, pedaqoji kollektivin iclasını keçirirəm”.

Lakin bu vaxt KİV-lərə rektorun dini tolerantlıq mövzusunda konfransda iştirak etmək üçün getdiyi İspaniyada, Madriddəki “Eurostar Madrid” otelində bərk içib Azərbaycan nümayəndə heyətinin üzvləri, yaxud konfransı təşkil edən Əli Evsenlə dava saldığı barədə dumanlı təfərrüatlar sızdırıldı. Habelə rektorun İspaniyada səfir işləyən oğlu üçün çəlləklərdə 2 ton ağırlığında şərab yükləyib apardığı da bildirilirdi. Həmin şərab İspaniyada ispan şərabı adı altında qablaşdırılıb və bu dəfə butulkalarda Bakıya qaytarılıb-Abel Məhərrəmovun restoran və şadlıq evlərində satılmaq üçün.

[center]İşdən çıxarılması haqda sərəncam Abel Məhərrəmovu qəfil haqlayıb

Madriddə, dini konfransda...[/center]

Bunun ardınca prezidentin BDU rektorunun işdən azad edilməsi haqda sərəncamı dərc edildi və “Turan” agentliyi bildirirdi ki, bu sərəncam Abel Məhərrəmov üçün tamamilə gözlənilməz olub. O, iş yerində sərəncamdan xəbər tutub.

Təxmin etmək olar ki, Abel Məhərrəmovun oğlu da tezliklə İspaniyadakı səfir vəzifəsindən geri çağırılacaq və diplomatik xidmətdən uzaqlaşdırılacaq. Çünki onun atasının sərxoş halda dava salıb hətta ispan polisinin müdaxiləsi ilə müşaiyət olunan rüsvayçı qalmaqal yaratması bir yana, KİV-lərə sızdırılan məlumatlara əsasən səfir diplomatik yük adı altında əslində şərab qaçaqmalçılığı ilə məşğul ola bilərdi.

İşdən çıxarılması haqda sərəncam Abel Məhərrəmovu qəfil haqlayıb

Əli Evsen Bakıdan qonaqları ilə


İspaniyadakı həmin məşum konfransa gəldikdə isə onu artıq üçüncü ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qalmaqallı qudası, Türkiyə əsilli biznesmen, bir vaxtlar Azərbaycanda iri biznesi olan Əli Evsen təşkil edir. Bu həmin Əl Evsendir ki, bir neçə il əvvəl barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilmişdi və İspaniyada həbs olunmuşdu. Əli Evsen Misirin devrilmiş diktatoru Hüsnü Mübarəkin pullarının Avropada yuyulmasını təşkil etməkdə şübhəli bilinirdi.

İşdən çıxarılması haqda sərəncam Abel Məhərrəmovu qəfil haqlayıb

Səfir Anar Məhərrəmov


Amma necə oldusa Evsen bu ittihamlardan sıyrılıb çıxa bildi və indi göründüyü kimi İspaniyada öz adına fond təsis edib. “Evsen Foundation” kifayət qədər ambisiyalı işlərlə-beynəlxalq səviyyədə dini tolerantlıq və mədəniyyətlərarası dialoq formalaşdırmaqla məşğuldur. 2016-cı ildən Madriddə bu mövzuda konfranslar təşkil edir və hər dəfə konfransa Azərbaycandan şeyxülislam qudası ilə yanaşı müxtəlif dinlərin nümayəndələrini, Milli Məclisin üzvlərini və s. qatılır. Bu ilki konfrans isə rüsvayçılıqla və qalmaqalla, habelə Abel Məhərrəmovun vəzifədən qovulması ilə nəticələndi...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *