Abel Məhərrəmovun oğlu səfir təyin olundu
Prezident İlham Əliyev Abel Məhərrəmovun oğlu ilə bağlı sərəncam verib.
"Qafqazinfo" xəbər verir ki, sərəncamda qeyd olunur ki, Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
Ölkə başçısının digər bir sərəncamı ilə Anar Abel oğlu Məhərrəmova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
Mənbə:> Qafqazinfo.az