"Cahangir Hacıyev dərmanlara oturub və arvadının taleyindən çox narahatdır..." » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

"Cahangir Hacıyev dərmanlara oturub və arvadının taleyindən çox narahatdır..."

"Cahangir Hacıyev dərmanlara oturub və arvadının taleyindən çox narahatdır..."

Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısı Cahangir Hacıyev həyat yoldaşının taleyindən narahatdır. Bunu jurnalistlərə onun vəkili Aqil Layıcov bildirib.(modern.az)

A.Layıcov Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı proseslərdən xəbərdar olduğunu deyib: “Cahangir bəy medianı izləyir, bütün xəbərləri oxuyur. Qeyd edim ki, mediada gedən bəzi məsələlər heç bir hüquqi əsasa söykənmir. Bəziləri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı prosesin təfərrüatını bilmədən məlumatı tirajlamaqda davam edir. Əslində “İzah edilməmiş gəlirlər” cinayət məsuliyyəti yaratmır. Bu, sadəcə adminstrativ araşdırmadır. Yəni araşdırma nəticəsində şəxsə hər hansı cəza verilə bilməz, yaxud o, əmlakdan məhrumiyyətə məruz qala bilməz. Ona görə də, media bu tip mövzulara həssas yanaşmalıdır. Əksəriyyət buna cinayət kontkestindən yanaşır, məsələni həddindən artıq şişirdir. Bununla da şəxsin təqsirsizlik prezumpsiyasını pozurlar”.

A.Layıcova Zamirə Hacıyeva ilə bağlı yerli mətbuatda gedən yazıların əsasən xarici KİV-lərə istinadən yayıldığını xatırlatdıqda, cavabı belə olub:

"Cahangir Hacıyev dərmanlara oturub və arvadının taleyindən çox narahatdır..."


“Xarici KİV-lərdə bir məlumat oxudum. Orada da qeyd olunur ki, bu, sadəcə araşdırmadır. Və vurğulanır ki, cinayət konkestində gedən araşdırma yox, inzibati araşdırmadır. Ona görə də, inzibati araşdırma ilə, cinayət tipli araşdırmanı bir-birindən fərqləndirməliyik. Onlar tamam başqa-başqa məsələlərdir. Bəzi mətbuat orqanlarında məlumat elə yazılıb ki, sanki Zamirə Hacıyeva təqsirkardır və onu təqsirləndirilən şəxs qismində təqdim edirlər. Əslində isə Zamirə Hacıyevanın bu məsələdə iştirakı yalnız şahidlikdir. Həmin araşdırmanın nəticəsi cinayət məsuliyyəti yaratmır. Bu, bizdə də var. Müəyyən əmlaka sahib olan şəxslərin bəyənnamə vermək öhdəliyi var. Bu da onun tipli bir şeydir”.

Hüquq müdafiəçisi Cahangir Hacıyevin səhhətində müəyyən problemlər olduğunu da vurğulayıb:

“Ümumiyyətlə o, dərmanla yaşayan insandır, narahatlıqları var. Və həyat yoldaşı ilə bağlı məsələlərdə də təbii olaraq narahatlıq keçirir".


Eyni zamanda, Zamirə Hacıyevanın növbəti məhkəmə iclasının tarixi müəyyənləşdirilib. "Westminster Magistrates" məhkəməsində keçirilən inzibati iclasda növbəti məhkəmənin 24, 26, 27 və 28 iyun 2019-cu il tarixlərində keçiriləcəyi bildirilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *