Zamirə Hacıyeva ərinə qarşı ifadə verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Hadisə

Zamirə Hacıyeva ərinə qarşı ifadə verdi

Zamirə Hacıyeva ərinə qarşı ifadə verdi

Londonda həbs olunmuş Zamirə Hacıyeva faktiki olaraq əri – Beynəlxalq Bankın keçmiş başçısı Cahangir Hacıyevə qarşı ifadə verib. Virtualaz.org “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, dünən məhkəmədə çıxış edən Zamirə Hacıyeva qeyd edib ki, Londondakı bütün əmlakı əri əldə edib.

“2009-cu ildə ərim çox imkanlı adam idi. Biz 1997-ci ildə evlənmişik, o isə kapitalını 90-cı illərin əvvəllərindən artırmağa başlayıb”, - Zamirə Hacıyeva London Ali Məhkəməsində deyib.

Zamirə Hacıyeva ərinə qarşı ifadə verdi


Zamirə Hacıyeva hakimləri inandırmağa çalışıb ki, ərinin Böyük Britaniyada daşınmaz əmlakın alınmasına xərclədiyi pullarının mənbəyindən xəbəri olmayıb.

“Bütün daşınmaz əmlak alışları ilə ərim məşğul olurdu. Onun həyata keçirdiyi ödənişlərin heç biri barədə xəbərim yox idi. Mən bu pulların mənbəyi haqqında da bilmirəm”, - Zamirə Hacıyeva bildirib.

Nəşr onu da qeyd edir ki, Zamirə Hacıyeva külli miqdarda qonorarın hesabına peşəkar vəkillərdən ibarət əməlli-başlı komanda toplayıb ki, Ceyms Lyuis kimi nüfuzlu vəkil də onların arasındadır. Vəkillərin başlıca vəzifəsi prosesin anonimliyinin təmin edilməsi idi ki, Zamirə Hacıyevanın adı xəbərlərdə hallanmasın. Lakin bunu etmək mümkün olmadı.

Zamirə Hacıyevanın ərinə qarşı verdiyi ifadələr onun vəziyyətini daha da mürəkkəbləşdirə bilər. Xatırladaq ki, Cahangir Hacıyev Bakıda uzunmüddətli həbs cəzasına məhkum olunub. İndi britaniyalı hakimlərdə ona qarşı suallar yarana bilər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *