Bütün İngiltərə Zamirə Hacıyevadan danışır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Bütün İngiltərə Zamirə Hacıyevadan danışır

Bütün İngiltərə Zamirə Hacıyevadan danışır

Virtualaz.org və haqqin.az bir neçə gün əvvəl yazmışdılar ki, Böyük Britaniyada çirkli pullar hesabına əldə edilmiş daşınmaz əmlakın müsadirə edilməsinə əsas yaradan qanunun tətbiqinə başlanılıb. Onu da bildirmişdik ki, bu qanunun ilk “qurbanı” azərbaycanlı keçmiş bankir, hazırda dələduzluq və mənimsəmə ittihamları ilə həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva olub.

Bu gün isə bütün Britaniya və dünya KİV-i Zamirə Hacıyevanın şəxsiyyəti haqda yazıb. Və bu vaxt Britaniya KİV-inin əksəriyyəti, Daily Mail daxil olmaqla, Zamirə Hacıyevanın şəkillərindən istifadə edərkən haqqin.az-a istinad edib.

55 yaşlı Z.Hacıyeva təxminən on ildir ki, daimi olaraq Londonda yaşayır və Harrods mağazasından böyük alış-veriş etməsi ilə məşhurlaşıb. Onların ümumi dəyəri 16 milyon funt-sterlinqdən çox qiymətləndirilir və bu xanım bir dəfə təkcə bir günə yalnız zərgərlik bəzək əşyalarına 150 min funta yaxın pul xərcləyib.

Onun Londonun prestijli Naytsbric rayonundakı evi də hüquq-mahafizə orqanlarının maraq dairəsinə düşüb. İki birləşdirilmiş evdən ibarət olan və Walton Street-də (həmin o Harrods-un yaxınlığında) yerləşən malikanə 2009-cu ildə 11,5 milyon funt-sterlinqə alınıb.

Daha əvvəl Böyük Britaniya daxili işlər nazirinin müavini Ben Uolles gəlirlərin yuyulması üçün Britaniyadan istifadə edən cinayətkarlarla və siyasətçilərlə mübarizə üçün "hökumətin bütün güclərini" cəlb etmək niyyətində olduğunu bildirmişdi. Ben Uolles hökumətdə həmçinin iqtisadi cinayətlərlə mübarizə ilə məşğul olur.

"Nə vaxt ki biz sizə, sizin aktivlərinizə qədər çatacağıq, sizə ağır həyatı yaşadacağıq", — deyə onda Uolles xəbərdarlıq etmişdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *