Merkel Krımın itirilməsində ittiham edildi
Ukraynanın Ali Radasının deputatı Yuri Çijmar Almaniya kansleri Angela Merkeli Donbas və Krımın itirilməsinə görə günahlandırıb.
Oxu.Az-ın verdiyi xəbərə görə, müvafiq bəyanatla o, ZIK telekanalının efirində çıxış edib.
“Başqa məsələdir ki, buna qədər biz çox sərt mövqe tutumuşduq, məhz Angela Merkelin Ukraynanın təhlükəsizliyini təmin edəcəyini düşünürdük. Xatırlayırsınızsa, məhz onun təşəbbüsü ilə 2008-ci ildə Buxarestdə Ukraynaya NATO üzvü olmaq üçün fəaliyyət planı təqdim edilmədi.
O zaman bizə bu plan təqdim olunsaydı, Krım və Donbas məsələləri gündəmə gəlməzdi. Bu səbəbdən də bizim ona ciddi iradlarımız var”, - deputat deyib.
Qeyd edək ki, 2008-ci ildə Almaniya ilə yanaşı Fransa və bir sıra digər Avropa ölkələri də Ukraynaya NATO üzvü olmaq üçün fəaliyyət planının təqdim olunmasının əleyhinə çıxış etmişdilər.
Mənbə:> Oxu.Az