Kadırov: Parlament qadın yeri deyil...
Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov qadınların qanunverici və icra hakimiyyəti orqanlarında təmsil olunmasının əleyhinə çıxış edib.
Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, mətbuat konfransı zamanı TASS-ın qadın müxbirinin Çeçenistan hökuməti və parlamentində qadınların təmsil olunmamasının səbəbləri haqda sualına cavab verən Kadırov məsələyə müsbət baxmadığına işarə edib.
O, Çeçenistan parlamentinin sədrinə zarafatla “Sizə həmkar lazim deyilmi” deyə sual verib və “Elə məsələlər var ki, qadınlar onları bilməməlidir” cavabını alıb.
Kadırov qeyd edib ki, çeçen siyasətçilərinə kişi kollektivində işləmək daha asandır. O bildirib ki, əvvələr Çeçenistan hökumətində iki qadın təmsil olunub.
“Görünür bacarmadılar”, - deyə Kadırov vurğulayıb.
Mənbə:> Virtualaz.org