Ramzan Kadırov: “Çeçenistana gəlsə, Tramp həbs ediləcək”
Çeçenistan lideri Ramzan Kadırov “Rossiya 24” telekanalına müsahibə verib.
Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, Kadırov Tramp və Merkel kimi Qərb siyasətçilərinin Çeçenistana gələcəkləri təqdirdə nə baş verəcəyi barədə danışıb.
“Biz də Tramp, Merkel və digərləri barəsində sanksiya qərarı qəbul etmişik. Əgər onlar respublikaya gəlsələr, dərhal onları tutub həbs edəcəyik. Əgər burada hesab açsalar, bağlayacağıq”, - Çeçenistan başçısı bildirib.
Mənbə:> Virtualaz.org