Azərbaycan TV-si əsl... şpaqatdır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Media

Azərbaycan TV-si əsl... şpaqatdır

Azərbaycan TV-si əsl... şpaqatdır

Azərbaycan televiziyası davamsız olaraq yaratdığı və təqdim etdiyi ədəbsiz və “xəstə” verilişləri ilə tam düşkünlüyə doğru yuvarlanmaqda davam edir. Hərdən elə təsəvvür yaranır ki, Azərbaycan tamaşaçısını artıq heç nə ilə təəccübləndirmək olmaz: o, birbaşa yayımda ucuz qalmaqalları, adi müğənnilərin davalarını və hətta pedofiliyanın açıq təbliğatını, harada ki, aparıcı 15 yaşlı qızın “hərisini” almağa çalışırdı, görüb. Amma deyəsən, bu “məhsulları yaradanların” kəmağıllığının sonu yoxdur.

Yerli telekanallar öz tamaşaçılarını çoxdan itiriblər. Tamaşaçılar çoxdan və həmişəlik Rusiya və Türkiyə televiziyalarına üz tutublar. Amma problemin səbəblərini təhlil etmək və onun həlli yollarını tapmaq, xarici təcrübəyə müraciət etmək əvəzinə kanalların müəllifləri, necə deyərlər, lovğa dəmdə əxlaqın bütün düşünülən normalarını tapdalayıb keçirlər.

Şübhəsiz, bu gün ən böyük efir meydançası internet və sosial şəbəkələrdir. İstənilən insan, telefonda sadə kamera ilə silahlanıb elə məşhurluğa nail ola bilər ki, o, bütöv şəkildə Azərbaycan telekanalları aparıcılarının yuxusuna belə gəlməz. Amma internetdə bir çox üstünlüklərə baxmayaraq, əhəmiyyətli bir nöqsan var: orada məşhur olmaq üçün, hansısa istedada malik olmaq vacib deyil. Məşhurluq axmaq çarx müəlliflərinin başına ən çox gözlənilmədən düşür. Bəzən adama elə gəlir ki, internet sahəsində özü haqda təqdimat edənlərin psixiatra müraciət etmələri lazımdır.

İnternetin Azərbaycan seqmentinin meydana təzəcə çıxmış belə ulduzlarından biri özünü nə az, nə çox "Azəri Vandam" adlandıran və açıq psixi sapmaları olduğu dərhal sezilən cavan oğlandır. Məşhurluğu isə o, 90-cı illərin Amerika döyüşçülərinin stilində ən axmaq video və müxtəlif yerli kişi və qadın müğənnilərini döyüşə çağırmaqla qazanıb. Buna baxmayaraq, telekanallar Azəri Vandamın şöhrətindən istifadə etməyə və öz reytinqlərini yüksəltməyə qərar veriblər. Oğlanın ən azı psixi cəhətdən normal səviyyədə olmaması belə, bizim televiziya işcilərini öz istəklərindən çəkindirməyib.

Və budur, cavan oğlan xalq aktrisası Mehriban Xanlarovanın müəllif verilişində ARB TV-nin efirində səhnəyə çıxır. Elə düşünürsünüz ki, adlı-sanlı aktrisa onu klounadanın yolverilməzliyinə inandırmağa çalışıb? Qətiyyən!

Əksinə, aparıcı özü bu xəstə insanın səviyyəsinə qədər enir, gücənərək onunla birlikdə şpaqata oturmağa cəhd edir və birbaşa yayımı əsl sirkə çevirir. Bundan başqa, Mehriban Xanlarova Azəri Vandama müraciət edir və pis gizlədilən paxıllıqla bildirir: "Bilirsən, sən məndən daha məşhursan”.

Lakin telekanalları öz reytinqlərini qaldırmaq cəhdinə görə söymək mənasızdır. Reklam, hansının ki, hesabına onlar mövcuddurlar, məhz reytinqə görə formalaşır. Bu aydındır, amma mənəvi tərəfi və daxili senzuranı tamamilə atmaq nəyə lazımdır? Bəli, indi bizdə dövlət senzurası mövcud deyil, amma bu o demək deyil ki, "azadlıq" anlayışından tam azğınlıq kimi istifadə olunmalıdır. Nəhayət, televiziya efirini nizama salan dövlət siyasəti və strukturları var axı?!

Azərbaycanda televiziya verilişlərinin aşağı səviyyədə olması problemi çoxdan mövcuddur. Telekanalların rəhbərləri özlərinə bəraət qazandırmaq üçün iddia edirlər ki, insanlar nəyə baxırlarsa, onu da göstərirlər. Başqa sözlə, televiziya verilişlərinin səviyyəsi ən az təhsilli tamaşaçıya uyğunlaşdırılır. Amma bağışlayın, hətta ən iddiasız tamaşaçı belə, Azəri Vandama layiq deyil.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *