Londonlular bədxərc Zamirə haqda eşidib şoka düşdülər » AzNews.info -Xəbər portalı

Londonlular bədxərc Zamirə haqda eşidib şoka düşdülər – VİDEO

Londonlular bədxərc Zamirə haqda eşidib şoka düşdülər

London sakinləri Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın cəmi bir neçə il ərzində məşhur “Harrods” univermağında 16 milyon funt sterlinq xərclədiyini eşidəndə heyrətə gəliblər.

Virtualaz.org xəbər verir ki, bu barədə “Soshin TV” internet televiziyasının reportajında deyilir.

“Bu günkü əhvalat Zamirə Hacıyeva haqdadır, həmin qadın ki, məşhur “Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib, bu isə az qala 1.5 milyard rubl deməkdir”-reportajda deyilir.

Müəllif daha sonra “Harrods” univermağı haqda məlumat verir. Bildirir ki, əslində bu univermağın nə olduğunu izah etməyə ehtiyac yoxdur, onun müştəriləri əsasən oliqarxlar və şeyxlərdir. Sadə insanlar isə bu univermaqda qiymətləri görəndə şoka düşürlər.

Londonlular bədxərc Zamirə haqda eşidib şoka düşdülər


“Əsəbləri zəif olanlar üçün nəzərə çatdırıram ki, 16 milyon funt sterlinq bir gündə yox, bir neçə ildə xərclənib. Amma hər halda şoppinqə gündə orta hesabla min funt gedib. Azərbaycanın dövlət bankının keçmiş rəhbərinin arvadı bu univermağı öz dogma evi kimi sayırdı, alış-veriş edib pulları limitsiz kredit kartları ilə ödəyirdi. Ərinin bankının kredit kartları ilə. Onlar isə cəmi 35 ədəd olub. Zamirə Hacıyeva univermaqdan brend “şmotka”, bahalı şərablar, daş-qaş alırdı”-reportajda xatırladılır.

Məsələn, Hacıyeva univermaqdakı “Boucheron” butikindən “Cartier” brendinə aid zinət əşyası almağa birdəfəyə 150 min funt xərcləyib.

London “burjuaziyasının” sadə nümayəndələri isə Zamirə Hacıyevanın xərclədiyi pullar barədə eşidəndə şoka düşdüklərini gizlətmirlər. “Bu ki, çox böyük puldur. Bir yığın puldur!”-univermağın qarşısından keçən qadın deyir. “Mən bilmirəm o həmin pula buradan nə ala bilərdi…Yəqin ki, bütün rənglərdə və ölçülərdə çantalar, hər rəngə və modeldə tuflilər. Fikirləşəndə görürsən ki, bu necə sərsəmlikdir…”-həmin qadın əlavə edir.

Londonlular bədxərc Zamirə haqda eşidib şoka düşdülər


“Yox,mənim o qədər pulum yoxdur. Bizdə o qədər pul nə gəzir?”-bunu isə Zamirənin univermaqda xərclədiyi pullar haqda eşidən qaradərili qadın bildirir.

“Mən heç o pulu təsəvvürümdə də canlandıra bilmərəm”-digər London sakinin reaksiyası belə olub.

Reportajda qeyd olunur ki, əsas məsələ heç də pullar deyil. Əsas məsələ odur ki, xanım Hacıyeva Böyük Britaniyada qəbul edilən “McMafia” qanunun (çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə qanunu) tətbiq olunduğu ilk əcnəbidir.

“Britaniyanın Milli Kriminal Agentliyi inanmır ki, xanım Hacıyevanın xərclədiyi pullar qanuni yollarla əldə edilib. Hərçənd o, pulların qanuni qazanıldığını, ərinin dövlət bankiri olmazdan əvvəl bizneslə məşğul olduğunu deyir. Amma Cahangir Hacıyev hətta uğurlu dövlət bankiri olsaydı belə onun aldığı maaşla bu pulları xərcləmək-qolf klub, şəxsi təyyarə, Londonda mülk almaq mümkün olmazdı”-reportajda bildirilir.

Londonlular bədxərc Zamirə haqda eşidib şoka düşdülər


Daha sonra reportaj Zamirə Hacıyevanın Londonun elitar Naytsbric kvartalındakı ağ malikanəsinin qarşısında davam edir. Malikanənin qarşısında limuzinlər üçün park yeri kirayələnib, “hər ehtimala qarşı”. Hərçənd Zamirə Hacıyeva “Harrods”dan şoppinqdən qayıdanda onun yükünü daşımaq üçün limuzinə gərək olmazdı.

Yerli sakinlərdən biri evi göstərərək deyir ki, orada yaşayanları tanıyır: “Onlar sadəcə olaraq pul xərcləməyi sevən adamlardır”.

Bildirilir ki, Z.Hacıyevanın aktivlərinə dair mübahisə təxminən 6 ay çəkə bilər. Əgər bu çəkişmədə Z.Hacıyeva sübut edə bilsə ki, pullar qanuni yollarla qazanılıb, o zaman Milli Kriminal Agentliyi “MacMafia qanununun” gələcəkdə tətbiqinə dair tərəddüd edəcək. Çünki hər belə iddia xeyli xərc deməkdir. “Lakin sübut olunsa ki, pullar Azərbaycan büdcəsindən oğurlanıb, o zaman bunun uzaqgedən nəticələri olacaq, o cümlədən rusiyalı oliqarxlar üçün”-müəllif bildirir.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *