Jurnalistin cəlladının konsulluq binasındakı görüntüləri yayıldı
Türkiyəni polis rəsmiləri bir neçə gündür sosial şəbəkələrdə tirajlanan və Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda “yoxa çıxan” müxalif jurnalist, “The Washington Post” qəzetinin yazarı Camal Xaşogiyə (yaxud Camal Kaşıkçı) aid olduğu bildirilən cəsəd parçalarının fotoşəkillərinin “həqiqəti əks etdirmədiyini” bildirir. Virtualaz.org xəbər verir ki, bu haqda “Sözçü” qəzeti bildirir. Polis qaynaqlarından deyiblər ki, həmin görüntüləri İŞİD terror təşkilatının daha əvvəl sosial şəbəkələrdə yayıb. Ehtimal ki, cəsəd parçaları İŞİD-in vəhşicəsinə qətlə yetirdiyi qurbanlardan birinə aiddir.
Qərb və Türkiyə KİV-lərinin adının açıqlanmasını istəməyən türk rəsmilərə istinadən günlərdir yaydıqları xəbərlərə görə, Camal Xaşogi Səudiyyə Ərəbistanından xüsusi olaraq göndərilmiş cəllad qrupu tərəfindən işgəncə ilə öldürülüb, daha sonra cəsədi elektrik mişarı ilə doğranıb. Cəsəd parçalarının diplomatik nömrə nişanlı maşınla konsulluqdan çıxarılıb naməlum istiqamətə aparıldığı təxmin edilir. Ötən axşam Türkiyə hüquq-mühafizə orqanları konsulluğa aid daha bir binada-konsulun şəxsi rezidensiyasında axtarış aparıblar və dəlillər götürüblər. Axtarış iki dəfə aparılıb və gecə saatlarında detektivlər təkrar konsulun iqamətgahına daxil olublar. İkinci axtarış 9 saat çəkib və səhərə yaxın yekunlaşıb. Detektivlər əllərində çoxsaylı dəlil torbaları ilə binanı tərk ediblər və bu dəfə konsulluq binasında ikinci dəfə axtarış aparmağa gediblər. Hələlik axtarışların nəticələrinə dair rəsmi məlumat verilmir.
Bu arada “The New York Times” qəzetinə açıqlama verən, yenə də adının açıqlanmamasını istəyən türkiyəli rəsmilər Xaşoginin öldürülməsinin detallarına dair “Yeni Şafak” qəzetində dərc edilmiş detalları təsdiqləyiblər. Mənbələr bildiriblər ki, Camal Xaşogi konsulluğun binasına daxil olan kimi onu konsul Muhammet əl-Üteybinin otağına aparıblar. Otaqda Səudiyyə Ərəbistanından gələn cəlladlar artıq Xaşogini gözləyirdi. Jurnalist otağa girən kimi onu konsul özü döyməyə, işgəncə verməyə başlayıb. “Barmaqlarını belə kəsib”-mənbə deyib.
Amma mənbələr Xaşoginin barmaqlarının öldürüləndən sonra, yoxsa əvvəl kəsildiyini dəqiqləşdirməyiblər. Bununla belə jurnalistin öldürülməsinə dair Türkiyə tərəfinin əlində olan səs yazısında konsulun jurnalisti öldürən cəlladlara “bunu kənarda edin, başıma bəla açacaqsınız” dediyi təsdiqlənir. Cəlladlardan biri isə “əgər Ərəbistana qayıdanda yaşamaq istəyirsənsə səsini kəs” deyib.
Türkiyəli rəsmi təsdiq edib ki, jurnalistin başını kəsərək öldürüblər və bu işi görən patoloji anatomiya mütəxəssisi olub. O, jurnalisti doğrayarkən otaqdakılara musiqi dinləməyi tövsiyə edib. “Mən bu cür işləri görərkən gərginliyimi azaltsın deyə musiqi dinləyirəm”-həmin cəllad deyib.
Jurnalistə aid olduğu iddia edilən cəsəd parçalarının fotolarının həqiqi olmadığı açıqlansa da Xaşoginin cəlladının kimliyi artıq təsbit edilib və onun fotoları da yayılıb. Bundan əvvəl “The Wall Street Journal” qəzeti Səudiyyə Ərəbistanından göndərilən cəllad qrupunda yer alanlardan birinin-vəliəhd şahzadə Muhammed bin Salmanın yaxın adamı, dəfələrlə onu xarici səfərlərdə müşaiyət edən Maher Əbdüləziz Mutrebin görüntülərini yaymışdı. Həmin görüntülərə əsasən Mutreb dəfələrlə vəliəhdi xarici səfərlərdə müşaiyət edib, təyyarədən onunla birlikdə düşüb.
Bu gün isə Türkiyənin “Sabah” qəzeti Maher Əbdüləziz Mutrebin oktyabrın 2-də səhər saatlarında Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğuna necə daxil olduğu və oradan necə çıxdığı barədə sensasion görüntüləri yayıb. Videoizləmə kameraları tərəfindən qeydə alınan görüntülərə əsasən səhərə yaxın “Gulfstream” təyyarəsi ilə İstanbula gələn səudiyyəli qrupun rəhbəri Maher Əbdüləziz Mutreb yerli vaxtla saat 09.55-də konsulluq binasına daxil olur. (Jurnalist sənəd almaq üçün konsulluğa bundan təxminən iki saat sonra girib). Mutrebin arxasınca cəllad qrupunun digər üzvləri binaya girir. Mutreb konsulluqdan saat 16.53-də çıxır. 17.15-də isə konsulluğun yaxınlığında yerləşən oteli əlində böyük çanta ilə tərk edir. Kameralar Mutrebi saat 17.58-də İstanbul Atatürk hava limanında görüntüləyir. Cəllad içində nə olduğu bilinməyən böyük çantası ilə Türkiyəni tərk edir...
Maher Əbdüləziz Mutreb barədə o məlumdur ki, bu şəxs Səudiyyə xüsusi xidmət orqanlarının polkovnikidir, vəliəhd şahzadəyə çox yaxın biridir. Bir vaxtlar Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfirliyində işləy
Mənbə:> Virtualaz.org