Hindistanlı Şakir Bakıda 10 il iş aldı, ağladı... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Kriminal

Hindistanlı Şakir Bakıda 10 il iş aldı, ağladı...

Hindistanlı Şakir Bakıda 10 il iş aldı, ağladı...

Yüzdən çox hindistanlını, pakistanlını Bakıda işlə təmin etmək, təhsil adıyla gətirdib onların pulunu mənimsəməkdə suçlanan üç hindistanlıya və bir pakistanlıya Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Virtualaz.org xəbər verir ki, onlara üst-üstə 36 il həbs cəzası verilib. Cəzalandırılan dörd nəfərdən üçü - Məhəmməd Şakir, Alimuddin Şeyx və Alla RakhaHindistan, Sacid Fraz isə Pakistan vətəndaşıdır.

Sentyabrın 27-də çıxarılmış hökmə əsasən, M.Şakir 10 il, A.Şeyx və A.Rakhanın hər biri 9 il, S.Fraz isə 8 il azadlıqdan məhrum edilib.

İttihama əsasən Hindistanda fəaliyyət göstərən konsaltinq şirkətlər vasitəsilə Azərbaycan müəssisələrində yüksək əməkhaqqı ilə işçi axtarılması, həmçinin, Bakıda ali məktəblərdə təhsil almaq imkanları barədə təbliğat aparılıb. İş axtaran, təhsil almaq istəyən əcnəbilərin konsaltinq şirkətlərinə ödədikləri 1200-4600 dollar arası vəsaitlər mənimsənilib. Bəziləri isə pulu özləri ilə Bakıya gətirib, burada nağd şəkildə veriblər. Onlardan alınmış ümumi məbləğin 250 min manata yaxın olduğu bildirilir.

Hindistanlı Şakir Bakıda 10 il iş aldı, ağladı...


Onlar Bakıya turist vizasıyla gətirilib. Bakı aeroportunda qarşılanandan sonra Maştağa, Ramanı və Balaxanı qəsəbələrində yerləşən fərdi yaşayış evlərinə aparılıblar. Bir müddət sonra gətirilən adamların vizasının müddəti bitib və Dövlət Miqrasiya Xidməti tərəfindən saxlanılıblar. Onda məlum olub ki, saxlanılan əcnəbilər əslində, Bakıya iş və təhsil adıyla gəliblər.

Saxlanılan Hindistan və Pakistan vətəndaşlarının əksəriyyəti deportasiya olunub.

Məhkəmədə məlum olub ki, zərərçəkmişlərin heç biri şikayətçi deyil. Təqsirləndirilən şəxslər də ittihamı qəbul etmirlər. M.Şakir deyir ki, onu dələduzluğun təşkilatçısı kimi təqdim ediblər, halbuki, tərcüməçi olub.

«Zərərçəkmişlərin çoxunu tanımıram, onlar da məni tanımır. Mən heç kimdən pul almamışam. Mənim günahım yoxdur», – M.Şakir məhkəmədə son sözündə ağlayaraq bildirib.

Virtualaz.org bu dələduzluq sxemi barədə cinayət işinin materialları əsasında geniş məqalə dərc etmişdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *