Hikmət Hacıyevə yüksək vəzifə verildi
Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sentyabrın 17-də Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub.
AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsi Novruz Məmmədovun baş nazir təyin olunmasından sonra boş qaldığı üçün Hikmət Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək.
H.Hacıyev 2014-cü ildən XİN-in mətbuat xidmətinin rəhbəri işləyirdi.
Mənbə:> Trend