Abbas Trampa bu şərtləri irəli sürdü
Fələstin prezidenti Mahmud Abbas ABŞ prezidenti Donald Trampla görüş üçün üç şərt irəli sürüb.
Oxu.Az Donia Al-Watan nəşrinə istinadən xəbər verir ki, Fələstin Milli Şurasının üzvü Valid Avadın sözlərinə görə, Abbas ABŞ qarşısında Qüdsdəki səfirliyi bağlamaq, “Əsrin anlaşması” mövzusunu qapatmaq və Fələstin-İsrail danışıqlarına cavabdeh nümayəndələri dəyişmək kimi tələblər irəli sürüb.
V. Avad bildirib ki, ABŞ Fələstinə BMT Baş Assambleyası kuluarlarında Tramp-Abbas görüşünün təşkili ilə bağlı müraciət edib.
Mənbə:> Oxu.Az