“Biz onların təyyarədaşıyan qruplaşmasına raket zərbəsi endirə bilərik, amma...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

“Biz onların təyyarədaşıyan qruplaşmasına raket zərbəsi endirə bilərik, amma...”

“Biz onların təyyarədaşıyan qruplaşmasına raket zərbəsi endirə bilərik, amma...”

“Wall Street Journal” qəzetinin yazdığına görə ABŞ prezidenti Donald Tramp Suriya rejimi qüvvələrinin İran və Rusiya qüvvələrinin dəstəyi ilə İdlibə hücumu zamanı kimyəvi silahdan istifadə variantına qarşı cavab tədbirlərini nəzərdən keçirir. Virtualaz.org xəbər verir ki, bu variantlara Suriya rejimi qüvvələri ilə yanaşı Rusiya və İran qüvvələrinə də zərbə endirilməsi ehtimalı daxildir.

“Biz onların təyyarədaşıyan qruplaşmasına raket zərbəsi endirə bilərik, amma...”


Rusiya geosiyasi elmlər Akademiyasının rəhbəri, hərb elmləri doktoru Konstantiv Sivkova görə hazırda bu vairant az ehtimal ediləndir, yəni Rusiya ilə ABŞ arasında birbaşa hərbi toqquşma riski yüksək deyil. Hərçənd ekspertə görə ABŞ administrasiyası KİV-lər üzərindən Rusiyaya belə xəbərdarlıqlar edir.

“Belə ehtimal az da olsa var. Məsələ bundadır ki, Suriyada riyaziyyat dili ilə desək “sıfır məbləğlə oyun” gedir. Yəni bu münaqişədə qalib gələn hər şeyi əldə edəcək, uduzana isə heç nə çatmayacaq. Əgər ABŞ Dəməşqə imkan versə ki, İdlibə nəzarəti götürsün, deməli bütün Yaxın Şərqdə təsirlərini itirməli olacaq. Lakin hələlik Rusiya ilə birbaşa hərbi toqquşma barədə deyilənlər xəbərdarlıq xarakteri daşıyır, Vaşinqton demək istəyir ki, prinsipcə bu varianta hazırdır”-Sivkov deyib.

“Biz onların təyyarədaşıyan qruplaşmasına raket zərbəsi endirə bilərik, amma...”


Ekspertə görə əgər ABŞ Suriyada Rusiya qüvvələrini hədəfalsa buna cavab olaraq Amerika təyyarədaşıyan gəmilərinə raket zərbələri endirilə bilər. Hərçənd bu əməliyyatı təşkil etmək kifayət qədər çətindir.

“Biz onların aviadaşıyıcı qruplaşmasına raket zərbəsi endirməyə cəhd edə bilərik. Kifayət qədər X-32 raketlərinə malik olduğumuz üçün bu variant tamamilə realdır-əgər bizim Tu-22M3 raketdaşıyıcılarımızı İran və ən başlıcası İraq öz hava məkanından buraxsa. Bundan başqa bizim bombardmançıları qırıcılar qorumalıdır, amma belə olsa ABŞ Hmeymim aviabazasını vura bilər ki,qırıcılarımız bombardmançıları müşaiyət etmək üçün qalxa bilməsin”-Konstantin Sivkov “RİA Novosti”yə belə deyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *