Moskva Paşinyanı Gürcüstan və Ukraynanın aqibəti ilə hədələdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Moskva Paşinyanı Gürcüstan və Ukraynanın aqibəti ilə hədələdi

Moskva Paşinyanı Gürcüstan və Ukraynanın aqibəti ilə hədələdi

Sabah Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya gedir və gözlənilir ki, onun Rusiya prezidenti Vladimir Putinlə söhbəti çox gərgin olacaq. Bunun səbəbləri isə xeyli çoxdur-Paşinyanın hökumətinin tamamilə qərbmeyllilərdən, “Sorosun adamlarından”, hətta Putini söyənlərdən təşkil olunması, Ermənistanda 2008-ci ilin 1 mart hadisələrinin istintaqı çərçivəsində Moskvanın adamlarının, o cümlədən eks-prezident Robert Köçəryanın və KTMT-nin baş katibi Yuri Xaçaturovun təqib edilməsi, Rusiya hərbi bazasına qarşı təbliğat və s.

Virtualaz.org xəbər verir ki, “Nezavisimaya qazeta” bu günkü redaksiya məqaləsini Paşinyanın gözlənilən səfərinə həsr edib. Qəzet yazır ki, bu səfər Ermənistanla Rusiya arasında münasibətlərdə həlledici ola bilər, ən azından yaxın dövr üçün.

Moskva Paşinyanı Gürcüstan və Ukraynanın aqibəti ilə hədələdi


Bu günlərdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Nikol Paşinyanla Vladimir Putinin arasında “ciddi söhbət olacağını” deyib. “Həm bizim tərəfdən, həm erməni tərəfdən bir çox suallar yığılıb qalıb”-Uşakov belə deyib və Yerevanın səmimiliyinə ümid etdiklərini vurğulayıb.

“Bu sözlərin sətirarasında belə eyhamı tutmaq olar ki, əgər erməni tərəfi bir şey deyib başqa şey eləmək niyyətindədirsə o zaman...ən yaxşısı lazım deyil. Yaxın keçmişdən xatırlamaq olar ki, Kremli aldatmaq arzusu və cəhdləri bir çox keçmiş sovet respublikaları üçün uğursuz məşğuliyyət olub. Ola bilsin Ermənistan baş naziri özgəsinin təcrübəsindən dərs çıxarıb”-qəzet Paşinyana Kremlə “atmaq” niyyətinə düşsə onu hansı aqibət gözləyəcəyi barədə açıq mesaj verərək yazır.

Məqaləyə əsasən Moskvanı Paşinyanla görüşdə aşağıdakı məsələlər maraqlandıra bilər: Yerevanın kursunun dəyişməz qalması; Gümrüdə Rusiya hərbi bazasının dislokasiyasına dair müqavilənin şərtlərini Yerevanın təftiş etmək niyyətləri; erməni hərbçilərinin Suriyaya göndərilməsi, hansı ki, bu barədə əvvəlki hakimiyyətin vaxtında razılıq əldə edilmişdi; “VİP-personalar” üzərində məhkəmə prosesləri, o cümlədən KTMT baş katibinin istintaqa cəlb edilməsi, Avrasiya İttifaqı “hökumətinin” başçısı Tiqran Sərkisyana cinayət işi qaldırılacağı haqda xəbərlər.

Moskva Paşinyanı Gürcüstan və Ukraynanın aqibəti ilə hədələdi


Erməni politoloq David Petrosyan qəzetə açıqlamasında deyir ki, ola bilsin danışıqlarda konkret Paşinyanın özünün xətti deyil, onun komandasının peşəkarlığı çatmayan, üstəlik qərbə meyllənən hissəsinin xətti müzakirə olunacaq. Onun fikrincə şübhə yoxdur ki, Paşinyan özü xarici siyasət kursunu saxlamaq istəyir, ancaq ətrafının bir hissəsi onu disbalansa çəkir. Bu baxımdan ekspert Paşinyanın xarici siyasət məsələləri üzrə köməkçisi Arsen Xaratyanın Almaniya kansleri Angela Merkellə görüşdən dərhal sonra istefa verməsini qeyd edir. Hesab edir ki, həmin görüşdə iştirak edən Petrosyan Rusiya haqda nəsə ehtiyatsız ifadə işlədib və dərhal bunun əvəzini ödəyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *