Rusiya aviasiyası İdlibi misli görünməmiş bombardmana məruz qoydu » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi

Rusiya aviasiyası İdlibi misli görünməmiş bombardmana məruz qoydu – YENİLƏNİB

Rusiya aviasiyası İdlibi misli görünməmiş bombardmana məruz qoydu

Rusiya Hərbi-Kosmik Qüvvələrinin təyyarələri Suriyanın İdlib şəhərini bu il ərzində misli görünməmiş bombardmana məruz qoyurlar.

Virtualaz.org “Al-Masdar News” nəşrinə istinadən xəbər verir ki, hədəfdə silahlı qruplaşmaların mövqeləridir.

Mənbəyə əsasən, hərbi əməliyyatlarda “Su” bombardman təyyarələri iştirak edir. Artıq təxminən 50-yə yaxın aviazərbənin endirildiyi deyilir.

Rusiyanın Müdafiə Nazirliyi bununla bağlı hələlik rəsmi açıqlama verməyib.

* * *13:58

Rusiyanın döyüş təyyarələri Suriyanın İdlib bölgəsini bombalayır.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, rus hərbi təyyarələri İdlibi 22 günlük susqunluqdan sonra yenidən vurmağa başlayıb. Bununla da Rusiya bölgədə əməliyyat keçirməyə hazırlaşan Bəşər Əsəd hərbçilərinə dəstək verir.

Ekspertlər bölgədə silahlı müxaliflərlə yanaşı, 3 milyondan çox dinc əhalinin də yaşadığını bildirirlər. Onlar Əsəd qüvvələrinin İran və Rusiyaya məxsus qüvvələrlə birgə həmin əhaliyə qarşı qətliam törədəcəyindən ehtiyat edirlər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *