"Tülpan İlham" həbsxanadan düşməninə zərbə endirir "XAÇ ATASININ" CƏBBƏXANASI
“Sertolovonun atası” (Sertolovo Rusiyanın Leninqrad vilayətində şəhərdir-red.) kimi tanınan məşhur biznesmen Leonid Kolesnikovun ittiham olunduğu cinayət işində yeni məqamlar üzə çıxıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Kriminalnaya Rossiya” portalı yazır ki, bir müddət əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində tanınmış biznesmenə məxsus mənzildən cəbbəxana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Hazırda isə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210-cu (cinayətkar birlik yaratma) maddəsi ilə biznesmenə qarşı daha bir maddələr “buket”i əlavə olunub. Bu “buket”in səbəbkarının isə biznesmenin əbədi və əzəii rəqibi olan məşhur azərbaycanlı iş adamı, “Tülpan İlham” ləqəbli İlham Əliyevin qruplaşmasının olduğu ehtimal edilir. Xatırladaq ki, “Tülpan İlham” hazırda həbsdədir.
Kriminal avtoritet kimi tanınan L.Kolesnikov da adam oğurluğu, banditizm, quldurluq, qanunsuz odlu silah saxlama, hədə-qorxu yolu ilə pul tələb etmə və s. bu kimi ağır cinayətlərdə ittiham olunaraq 17 nəfər dəstə üzvü ilə birgə 2017-ci ildə həbs olunub.
Güc strukturlarının belə addım atması məntiqli və aydındı. L.Kolesnikovun ömürlüyə göndərilməsi nəhayət ki, kriminal Peterburqun tarixində son nöqtəni qoyardı.
Avqustun 14-də cinayət işi üzrə növbəti istintaq araşdırması zamanı 44 yaşlı L.Kolesnikova məxsus yarımtikili obyektə baxış keçirilib. Axtarış zamanı çoxlu sayda döyüş sursatları – müxtəlif kalibrli 7 min patron, iki tüfəng, 14 partlayıcı qurğu, 14 mərmi, 60 elektrodetonator, partlayıcı qurğular tapılıb.
İstintaqın gəldiyi nəticəyə görə, Kolesnikovun rəhbərlik etdiyi banda 2010-cu ildən 2017-ci ilədək olan dövrdə silahlı basqınlar törədib, çoxsaylı adam oğurluqlarında iştirak ediblər. Banda üzvləri silah-sursatın böyük qismini isə növbəti cinayətlərə hazırlıq məqsədilə gizlədiblər.
Bu dövrlərdə dəstə üzvləri öz gücünü və iş tempini kifayət qədər yetişdirə bilib.
Sankt-Peterburqda “Çinar”, “Süfrə” və digər iri restoranlara, yüzlərlə meyvə-tərəvəz köşkünə malik olan “Tülpan İlham” ləqəbli məşhur olan iş adamı İlham Əliyevlə Kolesnikov arasındakı səs-küylü “kriminal razborka”ların üstündən 5 ildən artıq vaxt ötüb. Bu müddət ərzində Sertolovadakı soyğunlar, ağır cinayətlərin fonunda şəhərə kiminsə “sahiblik” etməsinə dair fikirlər formalaşırdı. Sakinlərin çox cüzi hissəsi tüğyan edən cinayətlərə, quldursayağı basqınlara Kolesnikov və onun dəstə üzvləri rəhbərlik etməsinə şübhəylə yanaşırdı. L.Kolesnikovun şərikləri Məhyəddin Ağayev, Ziyafət Piriyev, Hikmət Cəfərov, Səid İbişov və Dmitriy Qusakov isə sıradan insanlar deyildilər.
"vor zakon" Ramik Kürd
Bəzi mənbələrin yazdığına görə, Sertolovonun “xaç atası”nın şəriki Ziyafət Piriyev tanınmış azərbaycanlı biznesmen, meyvə-tərəvəz istehsalçısı, hektarlarla meyvə bağlarına sahib olan Rəfael Piriyevin, digər şəriki Hikmət Cəfərov isə " Kürd Romik" ləqəbi ilə tanınan "qanuni oğru" Roman Cəfərovun uzaq qohumudur. Hətta H.Cəfərovun adına Vsevolojskiy rayonunda qeydiyyatdan keçmiş meyvə-tərəvəz obyektlərin olduğu da bildirilir. Biznesin bu növü Azərbaycan diasporasının ənənəvi irsidir. Məhz bu amil Kolesnikovla və “Tülpan İlham” arasında lokal müharibənin əsasını qoyub.
Onun həbsindən sonra restoranlar şəbəkəsinin bir hissəsi qapadılıb, “Çinar” restoranı isə 2013-cü ildə tamamilə sökülüb. Sankt Peterburqun “qarpız kralı” bundan zərər görsə də, vəziyyətdən çıxış yolu tapa bildi.
Həmin ərəfələrdə Sertolovoda L.Kolesnikova məxsus "Regina" bazarı, paytaxtın mərkəzində, o cümlədən yerlə yeksan olunan “Çinar” restoranın ərazisində bir neçə ticarət obyektləri də fəaliyyət göstərib.
Hüquq-mühafizə orqanları iki “avtoritet” arasında yaranan münaqişənin bu günə kimi də davam etməsinə şübhə etmirlər. Məlum olduğu kimi, “Tülpan İlham”ın dəstəsi “Sertolovonun atası”na sui-qəsddən bir neçə ay sonra həbs olundular. 2016-cı ilin avqust ayında “Tülpan İlham” cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il azadlıqdan məhrum edildi. “Tülpan İlham”ın cəzaçəkmə müəssisəinə köçürülməsinə az müddət qalmış – 2017-ci ilin yayında isə L.Kolesnikov həbs olundu.
Hazırda vəziyyət təxminən belədir. Federal Təhlükəsizlik Xidmətinin və istintaqın yeni axtarışları – “Tülpan İlham” tərəfindən “xaç atası” na göndərilən "salam" a bənzəyir.
Güc strukturlarından bidlirilir ki, dəmir barmaqlıqlar arxasında saxlanılanlar “möcüzə “ də yaradarlar. Çünki onların əksəriyyətinin yaşı 30-dan yuxarı deyil, çoxunun isə həyatı hələ öndədir. “Avtoritet” özü da yaxşı başa düşür ki, azadlıqda qalan etibarlı dostlar hansısa səhv addım ata bilərlər.
L.Kolesnikovun müdafiəçilərinin məhkəmə zamanı dəfələrlə onun səhhəti ilə bağlı ev dustaqlığına buraxılması haqda qaldırdıqları vəsatətlərin heç birisi təmin olunmayıb. Növbəti məhkəmə sentyabrın 17-də baş tutacaq.
İlk baxışdan meyvə ticarəti ilə silah alveri arasında hər hansı bir əlaqənin olması inandırıcı görünməsə də, əslində biri digərindən axıb keçir. Bir çoxlarını Kolesnikovun həbs olunan qrup üzvləri təəccübləndirirdi. Onların fikrincə “avtoritet” ideoloji rəqiblərlə - azərbaycanlı cinayətkar qruplaşmalarla "işləməməli" idi.
90-cı illərdə Fizuli rayonundan Sankt-Peterburqa üz tutanlar əsasən Sertolovoda məskunlaşıblar. İllərlə burada sakit yaşayıb, bu şəhərə, buranın sakinlərinə qaynayıb-qarışıblar. Sonradansa diaspora liderliyinə qədər yüksələn Nemət Sərdarov adlı birisi öz tərəfdaşlarını ətrafına toplayaraq biznes sahəsində yer tutmağa can atır. Məhz onun qruplaşması tərəfindən iki məşhur restoran - “Çinar” və “Dolina” restoranları alınır.
N.Sərdarov gənc, lovğa və qəddar adam olduğu bildirilir. Hətta Daxili İşlər Nazirliyini yaydığı press-relizdə göstərilir ki, N.Sərdarovun bütün şəhəri özünə tabe etdirmək və nəzarətində saxlamaq niyyəti olub. Bu dəstəyə “Canavar sürüsü" ləqəbi verilib. Bandanın dağıdılmasından sonra dəstə üzvlərinin bir neçəsi qaçıb gizlənməyə müvəffəq olublar...
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaq hərbi anbardan silah-sursatların kim tərəfindən ötürülməsini araşdırır. Çünki axtarış zamanı Kolesnikova məxsus yarımtikilidən mərmilər də tapılıb. Əgər silah satanın kimliyi bəlli olarsa iş hərbi məhkəməyə göndərilə bilər. Bunun üçün isə heç olmasa cinayət işində bir iştirakçının hərbi qulluqçu olması kifayətdir…
Mənbə:> Virtualaz.org