SOCAR-ın Türkiyədəki neft emalı zavodu Rusiya nefti ilə təchiz olunacaq » AzNews.info -Xəbər portalı

SOCAR-ın Türkiyədəki neft emalı zavodu Rusiya nefti ilə təchiz olunacaq

SOCAR-ın Türkiyədəki neft emalı zavodu Rusiya nefti ilə təchiz olunacaq

Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru İqor Seçin və SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyədəki “STAR” neft emalı zavoduna Rusiya neftinin təchiz olunması barədə kontrakt imzalayıblar.

SOCAR-dan verilən məlumata görə, sənəd 23 avqust 2018-ci il tarixində imzalanmış neft təchizatı haqqında Çərçivə Razılaşmasının şərtlərinə əsasən imzalanıb. Kontraktın şərtlərinə görə, 2018-ci ilin dekabr ayından etibarən 1 il ərzində zavodun 1 milyon ton neftlə təchiz olunması nəzərdə tutulur.

“Star” zavodunun Rusiya nefti ilə təchiz olunmasına dair imzalanmış bu kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün təminat yaradacaq.

KİV üçün qeyd: “SOCAR Turkey” şirkətinə məxsus olan “STAR” neft emalı zavodu Türkiyədə İzmir şəhərinin yaxınlığına Ege dənizinin sahilində yerləşir. “STAR” neft emalı zavodunun istismara verilməsi 2018-ci ilin oktyabr ayına planlaşdırılır. “STAR” neft emalı zavodunun emal gücü ildə 10 milyon ton təşkil edəcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *