“Ona görə mən tapşırıram, məşğul olun, biz gərək qazlaşdırmanı artıraq...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

“Ona görə mən tapşırıram, məşğul olun, biz gərək qazlaşdırmanı artıraq...”

“Ona görə mən tapşırıram, məşğul olun, biz gərək qazlaşdırmanı artıraq...”

Ötən gün prezident İlham Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak edib. AzərTAC bildirir ki, prezident İlham Əliyevin təsdiq etdiyi və uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət proqramının əsas müddəalarında biri də ölkə ərazisinin qazlaşdırılmasıdır. Proqramdan irəli gələn vəzifələrin icrası ilə məşğul olan SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq bu göstərici 93 faizə çatıb. Bu rəqəmin ilin sonunadək 95 faizə çatdırılması əsas vəzifə kimi müəyyənləşdirilib.

Hazırda “Azəriqaz" İstehsalat Birliyinin qarşısına qoyduğu əsas hədəflərdən biri də çətin relyefə malik ərazilərin qazlaşdırılmasıdır və bu sırada İsmayıllı rayonunun Lahıc qəsəbəsi mühüm yer tutur. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunan qəsəbənin qazlaşdırılması son illərdə bu sahədə əldə edilən mühüm nailiyyətlərdən biridir. Belə ki, dövlətimizin başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq, Lahıc qəsəbəsi və bu xətt boyunca yerləşən kəndlər də daxil olmaqla qazlaşdırma işləri həyata keçirilib.

“Ona görə mən tapşırıram, məşğul olun, biz gərək qazlaşdırmanı artıraq...”


Mərasimdə Rövnəq Abdullayev deyib:

- Cənab Prezident, 27 yaşayış məntəqəsinin qazla təmin olunmasından sonra indi 2297 qəsəbə mərkəzləşdirilmiş qazla təmin olunub.

Prezident İlham ƏLİYEV: Qazlaşdırma bizdə neçə faizə çatıb?

Rövnəq ABDULLAYEV: Cənab Prezident, bu proqram çərçivəsində qaz şəbəkələrinin sahəsi 10 min 500 kilometrdən 45 min 500 kilometrə çatıb. Qazlaşdırma sahəsi arta-arta gedir. Bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizdir.

Prezident İlham ƏLİYEV: Amma İsmayıllı rayonunda 75 faizdir.

Rövnəq ABDULLAYEV: Bu, rayondakı dağlara görədir.

Prezident İlham ƏLİYEV: Ona görə mən tapşırıram, məşğul olun. Biz gərək qazlaşdırmanı artıraq. Dünən icra başçısı mənə dedi ki, yaxın günlərdə 5 kəndin qazlaşması həyata keçiriləcək.

“Ona görə mən tapşırıram, məşğul olun, biz gərək qazlaşdırmanı artıraq...”


Mirdaməd SADIQOV: Bu gün qazla təmin edilən kəndlər də daxil olmaqla.

Rövnəq ABDULLAYEV: Cənab Prezident, 720 min abonentimiz var idi. Dövlət Proqramından sonra artıq 2 milyon 140 min abonent var.

Prezident İlham ƏLİYEV: Üç dəfə artıb.

Rövnəq ABDULLAYEV: Bəli. Əgər itkilər 2010-cu ildə 16-17 faiz idisə, yeni sistemlərin qurulmasından sonra itkilər azalıb və hazırda 5,5 faizə enib. Cənab Prezident, Lahıca qaz çəkildikdə biz 19 kilometr kənardan qazpaylayıcı məntəqəsindən götürmüşük. Bununla bərabər, Qaraqaya, Gəndov, Namazgah kəndləri də qazlaşdırılıb. Lahıcın daxilində ümumilikdə 39 min metr uzunluğunda boru xətti çəkilib.

Prezident İlham ƏLİYEV: Bütün evlərə qaz çəkilib?

Rövnəq ABDULLAYEV: Cənab Prezident, Sizin göstərişinizlə fərq qoymadan bütün evlərə, bütün obyektlərə qaz çəkilib. Relyefin xüsusiyyətlərinə, iqlim şəraitinə görə burada qaz çəkilişinin çətinlikləri var. Qaz xətti dağlıq ərazilərdən, qayalıqlardan keçdiyinə görə bəzən borular əllə daşınıb.

Prezident İlham ƏLİYEV: Bu, həm texniki cəhətdən çətin işdir, həm də çox maliyyə vəsaiti tələb edir. Ancaq artıq bunu etmişik.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *