İlham Əliyev tapşırdı, SOCAR Ermənistanla sərhəd bölgədə irimiqyaslı qazlaşdırma başlatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

İlham Əliyev tapşırdı, SOCAR Ermənistanla sərhəd bölgədə irimiqyaslı qazlaşdırma başlatdı

İlham Əliyev tapşırdı, SOCAR Ermənistanla sərhəd bölgədə irimiqyaslı qazlaşdırma başlatdı

SOCAR Gədəbəy rayonunun Ermənistanla sərhəd Şınıx bölgəsində irimiqyaslı qazlaşdırma işlərinə başlayıb. Şınıx bölgəsinin əhalisini öz evlərini belə tərk etməyə məcbur edən yanacaq problemi nəhayət aradan qaldırılır.

Sakinlərdən aldığımız xəbərlərə görə bir neçə həftə əvvəl SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri bölgədə olublar və kəndlərin qazlaşdırılması üçün layihə-smeta hazırlanıb. Və aprelin 1-dən etibarən bölgəyə qazlaşdırma işləri üçün mal-materialın daşınması prosesi başlayıb.

İlham Əliyev tapşırdı, SOCAR Ermənistanla sərhəd bölgədə irimiqyaslı qazlaşdırma başlatdı


Əslində Şınıx bölgəsinin qazlaşdırılmasına dair göstəriş prezident İlham Əliyev tərəfindən hələ 2010-cu ildə verilmişdi və həmin il SOCAR bölgəyə ilk dəfə daşıyıcı qaz kəməri çəkib. Belə ki, bu bölgədə təbii qaz əvvəllər ümumiyyətlə olmayıb və əhali sovet dövründə evlərini qızdırmaq üçün o dövlər ucuz olduğu üçün mazut yanacağından, daha sonra isə odundan istifadə edib. Bu da bölgənin meşə ehtiyatlarının sürətlə qırılıb tükənməsinə gətirib çıxarıb.

Bölgəyə daşıyıcı qaz kəmərinin çəkilməsindən sonra bir neçə kənd qazlaşdırılmışdı və işlər yarımçıq qalmışdı. Nəticədə meşələrin qırılıb tükənməsi davam edirdi, yanacaq tədarükünün ildən ilə çətinləşməsi düşmənlə sərhəd strateji bölgədən əhalinin təhlükəli daxili miqrasiyasına səbəb olurdu.

İlham Əliyev tapşırdı, SOCAR Ermənistanla sərhəd bölgədə irimiqyaslı qazlaşdırma başlatdı


Bu problem barədə sakinlərin müraciətləri əsasında bir neçə dəfə virtualaz.org saytı da geniş yazıb. Habelə sakinlər bölgənin qalan kəndlərinə də qaz çəkilməsi üçün dəfələrlə müxtəlif instansiyalara müraciətlər, xahişlər ediblər.

Virtualaz.org xəbər vermişdi ki, ötən ilin payızında sakinlər hətta müdafiə naziri, general-polkovnik Zakir Həsənova da müraciət göndəriblər və birbaşa səlahiyyətləri çərçivəsində olmasa da ondan problemlə bağlı aidiyyatı strukturların qarşısında məsələ qaldırmağı xahiş ediblər. Sakinlərə verilən məlumata görə müdafiə naziri bu müraciətə çox ciddi yanaşmışdı və bölgənin qazlaşdırılmasının davam etdirilməsi üçün müvafiq instansiyalarda məsələ qaldırmışdı.

İlham Əliyev tapşırdı, SOCAR Ermənistanla sərhəd bölgədə irimiqyaslı qazlaşdırma başlatdı

Nəhayət Şınıx kəndlərinin sakinləri illərdir gözlədikləri xoş xəbəri alıblar. “Bizim sevincimizin həddi-hüdudu yoxdur, nəhayət kəndlərimiz qazlaşdırılır. Bu bizim üçün tarixi hadisədir, prezident İlham Əliyevə, SOCAR rəhbərliyinə minnətdarıq, problemin həlli üçün kömək göstərən hər kəsə təşəkkür edirik”-bölgə sakinlərinin qazlaşdırma işlərinə ümumi reaksiyası belədir.

“Azəriqaz” İstehsalat Birliyindən virtualaz.org-a verilən məlumatda isə deyilir ki, prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın qərb bölgəsinin, xüsusilə sərhədyanı kəndlərin təbii qazla təmin olunması istiqamətində işlər davam etdirilir.

“Ucqar kəndlərin qazlaşdırılmasına dair proqrama uyğun olaraq bəzi kəndlərdə qaz çəkilməsi işləri artıq başlayıb, bəzi kəndlərdə isə yaxın günlərdə başlayacaq. Həmin qazlaşdırma işlərinə uyğun olaraq Gədəbəy rayonunun Ermənistanla sərhəddə yerləşən Şınıx bölgəsinin kəndlərinin mərhələli şəkildə qazlaşdırılması da nəzərdə tutulub”-açıqlamada deyilir.

İlham Əliyev tapşırdı, SOCAR Ermənistanla sərhəd bölgədə irimiqyaslı qazlaşdırma başlatdı


Qeyd etmək lazımdır ki, bu bölgə ucqar olmaqla yanaşı coğrafi baxımdan da mürəkkəb dağlıq ərazidə yerləşir. Və belə mürəkkəb şəraitdə qazlaşdırma işlərini həyata keçirmək sadə məsələ sayılmamalıdır.

“Azəriqaz” İB xatırladır ki, Şınıx bölgəsində yerləşən 26 yaşayış məntəqəsindən 7-si Kollu, Düz Rəsullu, Gərməşöylü, Hüseynqulular, Rəhimli, Təkyemişan kəndləri – həmçinin Şınıx kəndi təbii qazla bir neçə il əvvəl təmin edilib. Qalan 19 yaşayış məntəqəsinin isə mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulur.

İlham Əliyev tapşırdı, SOCAR Ermənistanla sərhəd bölgədə irimiqyaslı qazlaşdırma başlatdı


“İlkin mərhələdə Zamanlı, Arabaçı, Fərzalı, Çay Rəsullu, İsalı və Göyəlli, kəndlərinin qazlaşdırılması üçün artıq həmin əraziyə boruların və digər mal-materialın daşınmasına başlanılıb. Tezliklə tikinti-quraşdırma işlərinə başlanılacaq və işlər yekunlaşdıqda cəmi 800-dən artıq fərdi yaşayış evi təbii qazla təmin ediləcək. Bu kəndlərə təbii qazın çəkilişi əhalinin həyat şəraitinin yaxşılaşmasına və ətraf mühitin, meşə fondunun qorunmasına xidmət edəcək”-məlumatda bildirilir.

“Azəriqaz” İB habelə qeyd edir ki, Şınıx bölgəsinin 6 kəndi ilə yanaşı Gədəbəy rayonun Çaldaş və Səbətkeçməz kəndlərində də bu il ərzində qazlaşdırma işləri başlayacaq.

İlham Əliyev tapşırdı, SOCAR Ermənistanla sərhəd bölgədə irimiqyaslı qazlaşdırma başlatdı


Xatırladaq ki, prezident İlham Əliyev bu ilin yanvarında Nazirlər Kabinetinin iclasında ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılacağını bəyan edib. Ötən ay prezident qazlaşdırma işlərinin sürətləndirilməsi üçün dövlət büdcəsindən SOCAR-a 100 milyon manat ayırıb. Həmin vəsait hesabına ölkə üzrə 90-a yaxın yaşayış məntəqəsinin, o cümlədən Gədəbəy rayonunun Səbətkeçməz və Çaldaş kəndlərinin qazlaşdırılması nəzərdə tutulur. Şınıx bölgəsinin kəndlərində qazlaşdırma isə SOCAR-ın öz vəsaiti hesabına həyata keçiriləcək.

Beləliklə, prezidentin SOCAR qarşısında qoyduğu etdiyi vəzifənin yerinə yetirilməsindən sonra Azərbaycan nəinki keçmiş sovet respublikaları arasında, eləcə də Şərqi Avropa və Yaxın Şərqdə ən yüksək qazlaşdırma səviyyəsinə malik ölkə olacaq.

İlham Əliyev tapşırdı, SOCAR Ermənistanla sərhəd bölgədə irimiqyaslı qazlaşdırma başlatdı


Hazırda Azərbaycanda qazlaşdırmanın səviyyəsi rəsmi məlumatlara görə 92 faizə yaxındır. Müqayisə üçün qeyd edək ki, Rusiyada 2017-ci ilə olan məlumatlara görə qazlaşdırma səviyyəsi cəmi 68 faizə yaxın idi. Belarusda bu göstərici 74 faiz, Ukraynada 75-77 faiz təşkil edirdi. Neftlə zəngin qonşu Qazaxıstanda isə qazlaşdırma səviyyəsi 50 faizə güclə çatır.

Digər qonşumuz İranda qazlaşdırma səviyyəsi şəhərlərdə 90 faiz, kənd ərazilərində isə 60 faiz səviyyəsindədir. Avropa İttifaqına üzv olan ölkələrdən Polşada isə qazlaşdırma səviyyəsi cəmi 40 faizə yaxındır. Digər Aİ üzvü olan ölkədə-Bolqarıstanda isə ölkənin cəmi 3 faizi qazlaşdırılıb. Bu ölkədə əhali yanacaq kimi daş kömürdən və odundan istifadə edir, nəticədə ətraf mühitin çirklənməsi yüksək həddədir. Avropa İttifaqına üzv olan digər Şərqi Avropa ölkəsi Slovakiyada isə qazlaşdırma səviyyəsi 66 faizi keçmir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *