Qar, soyuq, qaz yox, işıq sönür, düşmən də bir addımlıqda... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Qar, soyuq, qaz yox, işıq sönür, düşmən də bir addımlıqda... – ŞINIXDA HƏYAT

Qar, soyuq, qaz yox, işıq sönür, düşmən də bir addımlıqda...

Bu günlərdə ölkə ərazisində havaların kəskin soyumasının və güclü yağışların nəticəsini Bakı sakinləri öz üzərlərində hiss etdilər. Güclü yağışdan sonra küçələri, evləsi su basdı, qaz zəiflədi, digər problemlər meydana çıxdı. Və paytaxt sakinləri hər il qış mövsümü çatanda aktuallaşan bu problemlərdən növbəti dəfə giley-güzar elədilər, sosial şəbəkələrdə hirslərini soyutdular.

Lakin paytaxt sakinlərinin üzləşdikləri bu problemlər ölkənin ucqar, dağlıq rayonlarının sakinlərinin yaşadıqları ilə müqayisəyə gəlməz. Məsələn, Gədəbəy rayonunun Ermənistanla sərhəd Şınıx bölgəsinin sakinləri virtualaz.org saytının redaksiyasına müraciət edərək üzləşdikləri problemlərdən bəhs ediblər.

“Ermənistanla sərhəd Mutudərə kəndi uzun müddətdir ki, işıq problemi ilə üzləşib. 1992-ci ildə ermənilərin iki günlük işğal etdikləri, ancaq ordumuzun əks-hücumla geri qaytardığı bu kənd döyüş əməliyyatları nəticəsində ciddi zərər görüb. Sonradan dövlət kənddəki evləri bərpa etdi, o cümlədən yeni elektrik transformatoru qoyuldu. Lakin 3 il əvvəl həmin 250 kilovattlıq transformatorun şkafını saxlamaqla özünü nəyə görəsə 100 kilovattlıq köhnə transformatorla əvəzlədilər”-kənd sakinlərindən biri deyir.

Qar, soyuq, qaz yox, işıq sönür, düşmən də bir addımlıqda...


Sakinlər ehtimal edir ki, həmin 250 kilovattlıq transformatoru Gəncəyə aparıblar və satıblar. Sakinlər dəfələrlə müvafiq orqanlara müraciət etsələr də transformator qaytarılmayıb. “Deyirlər ki, təmirdədir. Necə olur ki, bu təmir 3 ildir bitmir? Gədəbəy rayon elektrik şəbəkəsinin rəisi Akif Əsgərov dəfələrlə bildirib ki, problem yaxın günlərdə həll olunacaq, ancaq dəyişən heç nə yoxdur”-şikayətçi bildirir.

A.Əsgərov sakinlərə deyir ki, bu vəzifəyə cəmi 3 ay əvvəl təyin olunub və ondan əvvəl baş verənlərə görə məsuliyyət daşımır. Ancaq bu cavab kəndin sakinlərinin işıq dərdini həll etmir. Bakıda yağış yağanda Gədəbəyə qar yağırdı və elektrik enerjisinin kəsilməsi problemi daha da kəskinləşdi.

Qar, soyuq, qaz yox, işıq sönür, düşmən də bir addımlıqda...


Qonşu Qasımağalı kəndində də analoji vəziyyətdir. Bu kəndin sakinləri də işıqların tez-tez sönməsindən şikayətlənir, üstəlik kənddə qaz da yerli-dibli yoxdur. “Rayonu təmsil edən deputatın dəfələrlə vəd verməsinə baxmayaraq kəndə qaz çəkmirlər. Baxmayaraq ki, magistral qaz kəməri cəmi bir neçə kilometrlikdən keçir. Çox soyuqdur, yanacaq yoxdur, odunla qızınırıq, onu da almağa imkan yoxdur. Meşələr qırılıb tükənib, bir maşın odun 300-400 manatadır”-sakinlər deyir.

Kənd sakinləri yanacaq, işıq problemi ilə bağlı prezident İlham Əliyevə müraciət etməyə hazırlaşır.

Mutudərə və Qasımağalı kəndləri Azərbaycan ordusunun həmin istiqamətdəki ən strateji mövqelərindən birinin yaxınlığındadır. Əhalinin çoxu qış aylarında kəndi tərk edir, səbəb isə yanacaq problemidir. Bu səbəbdən evlərin çoxu boşdur. İşıqlar kəsiləndə mobil rabitə də kəsilir. “Biz düşmən mövqeləri ilə üzbəüz, təcrid olunmuş vəziyyətdə yaşayırıq”-sakinlər deyir.

Qar, soyuq, qaz yox, işıq sönür, düşmən də bir addımlıqda...
Qar, soyuq, qaz yox, işıq sönür, düşmən də bir addımlıqda...


Şınıx bölgəsinin digər yaşayış məntəqəsində-Ermənistan ordusunun mövqeləri ilə üzbəüz yerləşən Zamanlı kəndində də analoji vəziyyət hökm sürür. Bu kənddə də on illərlə əvvəl qoyulmuş transformatorun və elektrik dirəklərinin köhnəlib sıradan çıxması nəticəsində sakinlər tez-tez işıqsız qalırdı. Nəhayət sakinlər “Azərişıq” ASC-nin rəhbərliyə müraciət edərək ötən əsrin ortalarında basdırılmış dirəklərin, köhnə transformatorun dəyişdirilməsini, xətlərin yenilənməsini xahiş ediblər.

Sakinlərin virtualaz.org-a bildirdiyinə görə onların müraciəti qismən nəzərə alınıb və kənddə köhnə elektrik dirəklərinin bir qismi dəyişdirilib. “Azərişıq” ASC-dən deyirlər ki, işlər davam etdiriləcək və köhnə transformatorun, xətlərin də yenilənməsi nəzərdə tutulur.

Qar, soyuq, qaz yox, işıq sönür, düşmən də bir addımlıqda...


Lakin bu kəndin əsas və ən ağır dərdi yanacaqdır. Hələ 2010-cu ildən prezident İlham Əliyevin tapşırığı əsasında Şınıx bölgəsinə magistral qaz kəməri çəkilib, lakin “Azəriqaz” bölgənin cəmi 4 kəndinə qaz verərək işləri dayandırıb. Qalan 20-dən çox kəndin sakinləri isə mavi yanacağa uzaqdan baxıb köks ötürməkdə, SOCAR rəhbərliyindən tutmuş digər instansiyalara vaxtaşırı şikayətlər yazıb kömək istəməkdədir.

Qar, soyuq, qaz yox, işıq sönür, düşmən də bir addımlıqda...


“Hansı ki, magistral qaz kəməri bu kəndin də cəmi 3-4 kilometrliyindən keçir. Həmin kəndə paylayıcı qaz xətlərinin çəkilməsi çətin məsələ deyil. Qazın yoxluğunun nəticəsi olaraq Şınıx bölgəsinin meşə ehtiyatı tam tükənmək üzrədir.Qiymətli ağac növləri yanacaq məqsədilə qırılıb tükənib. Odun tədarük edə bilməyən sakinlərin kənddən köç etməkdən başqa çarəsi yoxdur”-sakinlər deyir.

Qar, soyuq, qaz yox, işıq sönür, düşmən də bir addımlıqda...


Zamanlı kəndinin və bölgənin qazsız qalan digər kəndlərinin sakinləri hazırlaşır ki, müdafiə naziri Zakir Həsənovdan kömək istəsinlər. Bəlkə o, öz nüfuzundan istifadə edib bu məsələni qaldıra və sakinlərə kömək edə bilər. Axı Z.Həsənov bölgənin strateji əhəmiyyətini “Azəriqaz”da oturanlardan daha yaxşı bilir, müdafiə naziri müntəzəm olaraq bölgəyə səfər edib ordumuzun döyüş postlarına baş çəkir, səngərdə əsgərlərlə görüşür...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *