Angela Merkeli gəzdirmək üçün Ermənistan prezidentinin maşınını əlindən aldılar » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Angela Merkeli gəzdirmək üçün Ermənistan prezidentinin maşınını əlindən aldılar

Angela Merkeli gəzdirmək üçün Ermənistan prezidentinin maşınını əlindən aldılar


Almaniya kansleri Angela Merkeli Yerevanda Ermənistan prezidenti Armen Sarkisyanı gəzdirən zirehli BMW 750 avtomobili ilə qarşılayıblar. AzNews.info bildirir ki, bu məlumatı Ermənistan KİV-ləri yayıb.

Sözügedən maşını Dövlət Mühafizə Xidməti Sarkisyana prezident seçildikdən sonra təqdim edib.

Mənbəyə görə, Ermənistanın dövlət avtoparkında zirehli maşınların çatışmazlığı hiss olunur və Merkeli protokol tələblərinə uyğun olaraq qarşılamaq üçün Sarkisyanın avtomobili müvəqqəti əlindən alınıb. Prezidentin özü həmin gün şəxsi “Cadilac Escalade” yolsuzluq avtomobilindən istifadə edib.

Xatırladaq ki, Angela Merkel Cənubi Qafqaz turnesi çərçivəsində Tbilisidə, Yerevanda və Bakıda olub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *