Duterte ABŞ-a hiddətləndi: Siz kimsiniz?!
Siz kimsiniz ki, Rusiyadan hansı silahları alacağımız barədə bizə xəbərdarlıq edirsiniz?!
AzNews.info axar.az-a istinadən xəbər verir ki, bu sözləri Filippin Prezidenti Rodriqo Duterte ABŞ Müdafiə nazirinin köməkçisi Rendal Şrayverə ünvanlayıb. O, Şrayverin Rusiyadan sualtı qayıq alarkən diqqətli olmaları barədə çağırışına qəzəblənib:
“Gəl, mənimlə görüş. Nəyə görə ölkəmizin sualtı qayıq almağına razı olmadığını açıqla. Səbəbini de ki, mən də ictimaiyyətə açıqlayım”.
Duterte məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampa da səslənib:
“Bizim geridə qalmağımızı istəyirsiniz? Vyetnamın 7, Malaziyanın 2, İndoneziyanın isə 8 ədəd sualtı qayığı var. Bölgədə yalnız bizim sualtı qayığımız yoxdur”.
Qeyd edək ki, bundan əvvəl Rendal Şrayver Rusiyadan sualtı qayıq, helikopter və zirehli maşın almağa hazırlaşan Flippin hökumətinə xəbərdarlıq edib və bunun iki ölkə arasındakı münasibətlərə mənfi təsir edəcəyini söyləyib.
Mənbə:> Axar.az