Vahe Davtyan Azərbaycanla geosiyasi döyüşdə Ermənistanın məğlubiyyəti barədə » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Vahe Davtyan Azərbaycanla geosiyasi döyüşdə Ermənistanın məğlubiyyəti barədə

Vahe Davtyan Azərbaycanla geosiyasi döyüşdə Ermənistanın məğlubiyyəti barədə

“Ermənistan uzaqda yerləşsə də, Xəzər dənizinin statusu haqqında Konvensiyanın maraqlarına toxunmayacağı qədər uzaq deyil”, - virtualaz.org “Ermənistan xəbərləri”nə istinadən bildirir ki, bunu energetik təhlükəsizlik üzrə erməni ekspert, beynəlxalq politoloq Bahe Davtyan deyib.

Onun sözlərinə görə, bu Konvensiya Ermənistanın maraqlarına birbaşa toxunmasa da, öz mənfi təsirini göstərir.

Vahe Davtyan Azərbaycanla geosiyasi döyüşdə Ermənistanın məğlubiyyəti barədə


“Geosiyasi baxımdan, mənə belə gəlir ki, Konvensiyanın imzalanmasının nəticəsində Ermənistan qismən də olsa regionda özünün hərbi-siyasi və geosiyasi əhəmiyyətini itirir”, - Davtyan izah edib.

Ekspertin fikrincə, Krımın birləşdirilməsi, Suriyadakı uğurlar və Xəzər dənizinin statusu haqqında Konvensiyanın imzalanması ilə mövqelərini möhkəmləndirmiş Rusiya faktiki olaraq bütün Qara dəniz – Xəzər regionunu nəzarətdə saxlamaq imkanı əldə edib. Bu mənada Ermənistanın timsalında Zaqafqaziyada forpostun olub-olmaması zərurəti faktiki olaraq aradan qalxır.

Bundan əlavə, energetik təhlükəsizlik üzrə ekspert vurğulayır ki, Xəzər üzrə Konvensiyanın imzalanması Rusiya, İran və Azərbaycan arasında bir çox sahələrdə, ələlxüsus iqtisadiyyat, energetika və nəqliyyat sahələrində əməkdaşlığı gücləndirəcək ki, bu da Yerevanın maraqlarına toxunur.

“Bu gün biz artıq görürük ki, Ermənistan və Azərbaycan ərazilərindən keçməli olan əsas nəqliyyat-logistik layihələr tamamilə Azərbaycan ərazisinə istiqamətlənib. Təbii ki, Xəzər Konvensiyası bu prosesin fəallaşması üçün zəmin yaradacaq. Söhbət İran-Ermənistan dəmiryolu layihəsinin dondurulması və həmin marşrutun Azərbaycan-İran ərazisinə keçməsindən gedir”, - politoloq qeyd edib.

Həmçinin, erməni ekspertin sözlərinə əsasən, İran-Ermənistan-Gürcüstan-Rusiya energetik dəhlizi layihəsi də ciddi zərər görə bilər, halbuki bu proqram üzrə tikinti işləri artıq başlayıb.

Bütün bunlar, Davtyanın fikrincə, Ermənistanın regional geosiyasi proseslərdən izolə olunmasını vurğulayır.

Xatırladaq ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran liderlərinin görüşü keçirilib və bu görüşün yekunu olaraq region üçün tarixi sənəd – Xəzər dənizinin statusu haqqında Konvensiya imzalanıb. Həmin sənəd üzərində iş 22 il ərzində davam edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *