Tramp ABŞ-ın müdafiə büdcəsini təsdiqlədi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Tramp ABŞ-ın müdafiə büdcəsini təsdiqlədi TÜRKİYƏYƏ DAHA BİR ZƏRBƏ

Tramp ABŞ-ın müdafiə büdcəsini təsdiqlədi

ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün (ABŞ-da 1 oktyabr tarixindən başlayır-red.) ölkənin müdafiə büdcəsini təsdiqləyib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, növbəti il üçün ölkənin müdafiə büdcəsi təxminən 716 milyard dollar təşkil edir.

Bu, ötən ilin müdafiə büdcəsindən 20 milyard dollar, yəni 3 faiz daha çoxdur. Qeyd edək ki, daha əvvəl büdcə layihəsini Konqresin hər iki palatası bəyənib.

İmzalanma mərasimi bazar ertəsi ABŞ-ın 10-cu Dağ diviziyasının yerləşdiyi Nyu-York ştatının Fort Dram hərbi bazasında baş tutub.

Yeni büdcə ilk növbədə hərbçilərin sayının artırılmasına yönəlib. Onların sayı təqribən 16 min nəfər artacaq. Bundan əlavə, hərbçilərin pul təminatı 2,6 faiz artırılacaq. Sənəd Ukraynaya hərbi yardım göstərilməsi, həmçinin hərbi sahədə Rusiyaya müqavimət göstərməyə yönəlmiş bir sıra tədbirlərin davam etdirilməsini nəzərdə tutur.

Sözügedən qanunda beşinci nəsil F-35 qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan məsələ də öz əksini tapıb.

Qanuna əsasən, Türkiyənin F-35 proqramından tamamilə çıxarılıb-çıxarılmayacağına dair hazırlanacaq hesabata qədər qırıcı təyyarələrin bu ölkəyə təhvil verilməsi dayandırılır.

ABŞ Müdafiə Nazirliyi isə Dövlət Katibliyi ilə birgə 90 gün ərzində iki ölkə arasındakı əlaqələrə dair hesabat hazırlamalıdır.

Qeyd edək ki, Türkiyə ABŞ-a 30 ədəd F-35 təyyarəsi sifariş verib. Nüvə başlıqları daşıya bilən çoxməqsədli F-35 hərbi təyyarələri “stealth” texnologiyasından istifadə edilməklə hazırlanıb. Onun hazırlanmasında ABŞ-la yanaşı 8 ölkə - Avstraliya, Böyük Britaniya, Danimarka, İtaliya, Kanada, Niderland, Norveç və Türkiyə də iştirak edib.

Onu da qeyd edək ki, bu qanun Arizona ştatından respublikaçıları təmsil edən, Vyetnam müharibəsinin keçmiş hərbi əsiri, hazırda Senatın silahlı qüvvələr komitəsinin sədri və beyin xərçəngindən müalicə olunan senator Con Makkeynin adını daşıyır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *