Türkiyənin ilk “F-35A” qırıcısı havaya qaldırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Video

Türkiyənin ilk “F-35A” qırıcısı havaya qaldırıldı – VİDEO

Türkiyənin ilk “F-35A” qırıcısı havaya qaldırıldı

Türkiyənin Müdafiə Sənayesi Katibliyi Türkiyə bayrağı altında ilk dəfə havaya qalxan beşinci nəsil “F-35A Lightning II” çoxfunksiyalı qırıcısının görüntüsünü yayıb.

“Anadolu” xəbər agentliyi bildirir ki, görüntüdə ABŞ-ın Fort-Uerte aerodromundan qalxan qırıcının havada müxtəlif manevrlər etdiyini görmək olur. Tədarük müqaviləsinə əsasən, ABŞ Türkiyəyə ilk “F-35A” qırıcısını iyun ayında təhvil verəcək.

Türkiyə Hərbi Hava Qüvvələrinin iki pilotu həmin təyyarənin idarə olunması ilə bağlı ABŞ-da təlim keçir. Plana görə, sentyabr ayında iki “F-35A” qırıcısı həmin pilotların idarəçiliyi altında ABŞ-dan Türkiyəyə uçacaq.

Qeyd edək ki, bir qırıcı Türkiyəyə 103 milyon dollara başa gələcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *