İsveçrənin HHQ-nin qırıcısı Alpda yoxa çıxıb » AzNews.info -Xəbər portalı

İsveçrənin HHQ-nin qırıcısı Alpda yoxa çıxıb

İsveçrənin HHQ-nin qırıcısı Alpda yoxa çıxıb


İsveçrənin Hərbi Hava Qüvvələrinin “F/A18C” qırıcısı ölkənin mərkəzi hissəsində təlim uçuşları zamanı yoxa çıxıb.

Oxu.Az xəbər verir ki, bu barədə “ВВС News” məlumat yayıb.

Təyyarə günün ikinci yarısında İnterlakendən şərqdə Zusten aşırımı ərazisində yoxa çıxıb, İsveçrənin Müdafiə Nazirliyi məlumat yayıb.

Pilotun taleyi haqqında məlumat daxil olmayıb. Xilasedicilər təyyarənin qalıqlarını və pilotu axtarırlar.

Müdafiə Nazirliyi yaxın saatlarda baş verən hadisəyə dair mətbuat konfransı keçirməyi planlaşdırır.

“Tages Anzaiger” qəzetinin saytı bu qəbildən olan hadisənin İsveçrənin hərbi aviasiyasında ilk olmadığını vurğulayıb.

2015-ci ilin oktaybrında “F/A18” təyyarəsi qəzaya uğrayıb. Hadisə Fransa HHQ ilə birgə Bezansonun cənubi-şərqində keçirilən təlimlər zamanı baş vermişdi.

2016-cı ilin iyununda isə Niderlandda “F-5” qırıcısı qəzaya uğramışdı. Pilot katapult etmişdi.

Ümumilikdə 1941-ci ildən indiyə qədər İsveçrənin HHQ-nin 400 təyyarəsi qəzaya uğrayıb. Bu qəzalar nəticəsində 350 pilot ölüb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *