Məşhur teleaparıcının qətlini kim sifariş edib? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Kriminal

Məşhur teleaparıcının qətlini kim sifariş edib?

Məşhur teleaparıcının qətlini kim sifariş edib?

Keçmiş SSRİ məkanında ən populyar televiziya proqramlarından olan “Vzqlyad” verilişinin müxbiri, jurnalist Dmitri Zaxarov bildirib ki, həmkarı Vladislav Listyevin qətlinin sifarişçisi oliqarx Boris Berezovski ola bilər.

Virtualaz.org “MixTV”yə istinadən xəbər verir ki, bu barədə jurnalist “Görüşdük – danışdıq” verilişindəki çıxışında deyib.

Onun sözlərinə görə, ölümünə az qalmış Listyevə zəng edib hədə-qorxu gəlmişdilər. Zaxarov deyir ki, narazılar arasında televiziyadakı reklamdan gəlir götürmək istəyənlər vardı.

“Təbii ki, o bunu ləğv edə bilməzdi”, - deyən jurnalist əlavə edib ki, telekanalın illik büdcəsi az qala 250 milyon dollara çatırdı.


Məşhur teleaparıcının qətlini kim sifariş edib?

Boris Berezovskinin intihar etdiyi bildirilir


“İşlərin belə gedişindən itirən hamımıza çox yaxşı tanış olan bir adam vardı ki, onun ölüsünü sonralar Londondakı evində tapdılar”, - jurnalist bununla oliqarx Berezovskiyə eyham vurub.

Xatırladaq ki, Vladislav Listyev 1995-ci ilin mart ayının 1-də qətlə yetirilib. Bu qətl hadisəsi hələ də açılmamış qalır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *