"Ter-Petrosyan xəritədə Ağdərə-Ağdam-Füzuli- Cəbrayıl yoluna baxdı, tapşırdı ki...” » AzNews.info -Xəbər portalı

"Ter-Petrosyan xəritədə Ağdərə-Ağdam-Füzuli- Cəbrayıl yoluna baxdı, tapşırdı ki...” ERMƏNİSTANDA "TORPAQ QAYTARMAQ" SÖHBƏTLƏRİ

"Ter-Petrosyan xəritədə Ağdərə-Ağdam-Füzuli- Cəbrayıl yoluna baxdı, tapşırdı ki...”

Ermənistanda Qarabağ klanının bir sıra odioz nümayəndələrinin, o cümlədən keçmiş prezident Robert Köçəryanın həbsi “Azərbaycana bir qarış da olsun torpaq qaytarmamaq” tərəfdarlarını narahat edib. Belələri hesab edir ki, Azərbaycan ərazilərinin işğalına bilavasitə rəhbərlik edənlərin siyasi səhnədən uzaqlaşdırılması, cinayətkar sifətlərinin açılması gələcəkdə torpaqları qaytarmağa zəmin hazırlaya bilər. Bu günlərdə Levon Ter-Petrosyanın başçılıq etdiyi “Erməni Milli Konqresi”nin nümayəndəsi Zoya Tadevosyanın Dağlıq Qarabağ ətrafındakı rayonların işğal edildiyi və bütün beynəlxalq normalara görə Azərbaycan əraziləri olduğu barədə bəyanatı münaqişənin nizamlanması üçün hər hansı güzəştləri istisna edən erməni dairələrində qiyam əhval-ruhiyyəsi yaradıb. Hətta Qarabağda ordunu belə küçələrə çıxmağa və torpaqların qaytarılmalı olduğu haqda danışmağa cəsarət edən “milli satqınlara” qarşı etiraz etməyə çağıranlar olub.

Virtualaz.org xəbər verir ki, belə çağırışla çıxış edənlərdən biri-Ermənistan müdafiə nazirinin keçmiş müavini (habelə qondarma “dqr”-in keçmiş “vitse-premyeri”) Artur Aqabeyan özünün Facebook səhifəsində keçmiş prezident Levon Ter-Petrosyanın torpaqların qaytarılması məsələsində mövqeyinin əslində necə olduğu barədə yazıb.

"Ter-Petrosyan xəritədə Ağdərə-Ağdam-Füzuli- Cəbrayıl yoluna baxdı, tapşırdı ki...”


Artur Aqabekyan yazır: “1995-ci ilin yayında Ermənistan prezidenti Levon Ter-Petrosyan Dağlıq Qarabağa gəldi. Qarabağ müdafiə ordusunun komandanı Samvel Babayanın kabinetində səkkiz müdafiə rayonunun komandirləri və müdafiə ordusunun komandan müavinləri ilə görüşmək istədiyini bildirdi. Müdafiənin təşkili barədə məruzə ilə Seyran Ohanyan çıxış etdi. Levon Ter-Petrosyan Seyran Ohanyana müraciət edib dedi ki, ona xəritədə Mardakert (Ağdərə)-Ağdam-Martuni (Xocavənd)-Füzuli-Cəbrayıl avtomobil yolunu göstərsin, məsafəni desin. Sonra o sərəncam verdi, müharibənin yenidən başlayacağı təqdirdə bu cəbhəboyu yolun əhəmiyyətindən danışdı. Tapşırdı ki, bu yol həmişə təmirli, işlək olmalıdır. Sonda o çox mühüm bəyanat verib dedi ki, biz hələ bundan sonra torpaqların qaytarılması, güzəştlər və qarşılıqlı güzəştlər haqda minlərlə söz eşidəcəyik. Dedi ki, mən torpaq almamışam və torpaq da güzəştə gedən deyiləm. İstənilən danışıqlar nəticəsində siz “hə” və ya “yox” deməlisiniz və müharibəyə hazırlaşmaq lazımdır. Sonra o mənim komandir olduğum cənub-şərq müdafiə xəttinə getdi. Mən Levon Ter-Petrosyanı, Samvel Babayanı və digərlərini Qaraxanbəyli kəndinə apardım, orada təmas xəttindəki vəziyyət barədə məlumat verdim”.

"Ter-Petrosyan xəritədə Ağdərə-Ağdam-Füzuli- Cəbrayıl yoluna baxdı, tapşırdı ki...”


Ermənistan müdafiə nazirinin keçmiş müavini bildirir ki, torpaqların qaytarılması məsələsi 2016-cı ilin aprel döyüşlərindən sonra yenidən qaldırılıb. Serj Sərkisyan Qarabağa gələrək hərbi-siyasi rəhbərliklə görüşüb. Həmin görüşdə “dqr”in keçmiş “prezidenti” Arkadi Qukasyan da iştirak edirdi.


“Serj Sərkisyan danışıqların gedişi barədə ətraflı məlumat verdi və hər kəsin mövqeini dinləmək istədiyini bildirdi. Etiraf edirəm ki, vahid mövqe ortaya qoyulmadı. Lakin dominant mövqe bundan ibarət idi ki, müharibəyə hazırlaşmaq lazımdır. Həmin görüşdə Dağlıq Qarabağ əhalisi arasında keçirilmiş rəy sorğusunun nəticələri də səsləndi, hansı ki, əhalinin 97 faizi hər hansı güzəştin əleyhinə idi...”-Aqabekyan bildirir.

Erməni siyasətçi əmindir ki, bu mövqe Nikol Paşinyanın hakimiyyəti üçün də əsasdır, yəni güzəştə yox, müharibəyə hazırlaşmaq lazımdır.

Beləliklə, Ermənistanda hələ ki, Qarabağ məsələsində hər hansı güzəşti istisna edən ictimai rəy hakimdir və belə vəziyyətdə danışıqlara hansısa ümid bəsləməyin yersiz olduğu bu ölkədə baş vermiş hakimiyyət dəyişikliyinə baxmayaraq bir daha aşkara çıxır...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *