Ter-Petrosyan Paşinyanı təcili Qarabağdakı rejimə dəstək verməyə çağırdı » AzNews.info -Xəbər portalı

Ter-Petrosyan Paşinyanı təcili Qarabağdakı rejimə dəstək verməyə çağırdı

Ter-Petrosyan Paşinyanı təcili Qarabağdakı rejimə dəstək verməyə çağırdı

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində son günlər baş verən hadisələrə dair bəyanat verib. Virtualaz.org xəbər verir ki, o, Ermənistan hakimiyyətini “maksimal sürətlə və operativ şəkildə situasiyaya müdaxilə etməyə”, Dağlıq Qarabağdakı qondarma rejimə dəstək verməyə çağırıb.

Levon Ter-Petrosyan əmindir ki, hərbi vəziyyətin hökm sürdüyü Dağlıq Qarabağ rəhbərliyinə təzyiqlərə yol vermək olmaz. Onun fikrincə Qarabağdakı vəziyyətin sabitləşməsi naminə eks-prezidentlər Robert Köçəryan, Serj Sərkisyan, habelə Arkadi Qukasyan və Samvel Babayan öz nüfuzlarından istifadə etməyə borcludur. Hətta hazırda həbsdə olan Samvel Babayanın bu məqsədlə dərhal azadlığa buraxılması lazım gəlsə belə.

Ter-Petrosyan Paşinyanı təcili Qarabağdakı rejimə dəstək verməyə çağırdı


Xatırladaq ki, ötən həftə işğal altındakı Xankəndində yerli “milli təhlükəsizlik xidmətinin” xüsusi təyinatlıları iki nəfəri döyüb xəstəxanalıq ediblər. Buna etiraz olaraq ermənilər küçələrə çıxıblar və saatlarla Xankəndinin əsas yollarını bağlayıblar. Qondarma “hakimiyyət” etirazçılarla danışıqlara gedib və günahkarları cəzalandırmaq vədini verib. Hazırda aksiyalar dayansa da vəziyyət gərgindir, ekspertlər Ermənistanda Nikol Paşinyanın liderlik etdiyi inqilabın Qarabağda da təkrarlana biləcəyi haqda danışırlar. Çünki Dağlıq Qarabağda sürən hərbi-kriminal rejim yerli ermənilər arasında ciddi narazılıq yaradıb.

* * *11:51

Ter-Petrosyan Paşinyanı təcili Qarabağdakı rejimə dəstək verməyə çağırdı


İşğal edilmiş Dağlıq Qarabağda vəziyyət gərgin olaraq qalmaqda davam edir.

Virtualaz.org-un erməni KİV-ə istinadən məlumatına görə, separatçıların liderləri vəziyyətdən necə çıxacaqlarını bilmir və Yerevandan kömək istəyirlər.

Xatırladaq ki, "DQR"də vəziyyət Milli Təhlükəsizlik Xidməti (erməni xüsusi xidmət orqanları) xüsusi təyinatlı yerli dəstəsi üzvlərinin Xankəndinin küçələrindən birində iki nəfəri döyməsindən sonra kəskinləşib. Etiraz edənlərin nümayəndələri ultimatum irəli sürüblər və güc strukturları rəhbərlərinin danışıqsız istefasını tələb edirlər.

“DQR” “baş naziri”nin müavini olmuş və hazırda Bako Saakyanın məsləhətçi işləyən Artur Aqabekyan təcili bəyanatla çıxış edərək, Ermənistan hakimiyyətini Qarabağa nümayəndə heyəti göndərməyə çağırıb.

Ter-Petrosyan Paşinyanı təcili Qarabağdakı rejimə dəstək verməyə çağırdı
Artur Aqabekyan


"Düşünürəm ki, Qarabağda MTX başçısı general Arşavir Karamyanın rolu haqda, xüsusən də, aprel günlərindən sonra, çoxları bilirlər. Yeni təhlükəsizlik kompleksinin yaradılması və idarə olunması üçün məsuliyyəti məhz o öz üzərinə götürdü. Əminəm ki, aksiya iştirakçılarının çox hissəsi də bundan xəbərdardır, amma bu gün istefa tələbi ilə çıxış edir. İnsan ağlını itirə bilər. Özünüzə gəlin, cənablar, hələ ki gec deyil, özünüzə gəlin. Ermənistan hakimiyyəti isə rəsmi mövqeyini mümkün qədər tez bildirməli və Qarabağa təcili nümayəndə heyəti göndərməlidir", - deyə Aqabekyan vurğulayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *