“Bu rayonlar zəbt edilib və Azərbaycan ərazisidir...” » AzNews.info -Xəbər portalı

“Bu rayonlar zəbt edilib və Azərbaycan ərazisidir...”

“Bu rayonlar zəbt edilib və Azərbaycan ərazisidir...”

Yerevanda “Erməni Milli Konqresi” partiyasını təmsil edən Zoya Tadevosyan iyulun 31-də keçirdiyi mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar “zəbt olunub” və “Dağlıq Qarabağın ərazisi” deyil.

“Biz bu əraziləri “azad olunmuş” kimi xarakterizə edirik, lakin siz yaxşı bilirsiniz ki, o zəbt edilmiş ərazilərdir”-Tadevosyan bildirib.

Erməni siyasətçinin sözlərinə görə, diplomatiyada və ya beynəlxalq hüquqda qəbul edilmiş istənilən normalara görə bu ərazilər erməni əraziləri deyil. “Doğrudanmı danışıqlar masasında azad edilmiş ərazilərin məsələsi dayanır? Bu zəbt edilmiş ərazilərdir, Azərbaycan əraziləridir. Danışıqlar isə Qarabağın öz müqəddəratını təyin etməsi məsələsi ətrafında aparılır”-Zoya Tadevosyan belə deyib.

“Aravot” qəzeti yazır ki, onun dedikləri mətbuat konfransına toplaşmış jurnalistlər arasında anlaşılmazlıq yaradıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *