Arkadi Ter-Tadevosyan: "Müharibə olsa Ermənistan pis günə düşəcək, Azərbaycan isə tamamilə yox olacaq" » AzNews.info -Xəbər portalı

Arkadi Ter-Tadevosyan: "Müharibə olsa Ermənistan pis günə düşəcək, Azərbaycan isə tamamilə yox olacaq"

Arkadi Ter-Tadevosyan: "Müharibə olsa Ermənistan pis günə düşəcək, Azərbaycan isə tamamilə yox olacaq"

"Dağlıq Qarabağda müharibə birmənalı olmayacaq. Amma əgər, Allah göstərməsin, müharibə başlasa, bizim xalqımız yaman günə düşəcək, Bakı nefti üstündə oturan Azərbaycan isə tamamilə yox olacaq".

Virtualaz.org lragir.am-a istinadən bildirir ki, bunu general Arakadi Ter-Tadevosyan deyib.

Ter-Tadevosyan birinci dəfə deyil ki, "Azərbaycanın yox olması" haqqında danışır. Bu ilin iyununda o, Ermənistanda Azərbaycanın bir neçə nöqtəsinə zərbə planının olduğu barədə danışmışdı.

"Qərargahın operativ qrupu artıq bilir ki, haranı və nə ilə vurmaq olar. Əgər Azərbaycan zərbə vurmağa çalışsa, onda Ermənistanın yalnız mülki əhalisi zərər çəkəcək, çünki bizdə, Azərbaycanda olduğu kimi, strateji obyektlər yoxdur. Amma əgər biz zərbə vuracağıqsa, onda Azərbaycandan heç nə qalmayacaq, çünki elə tək Bakının ətrafında neft obyektlərinin bütöv yığını cəmləşib, hansıların ki, məhv edilməsi Azərbaycana əvəzedilməz itkilər gətirəcək", - deyə general onda bildirmişdi.

Ancaq təhlükələr, təhdidlər öz yerində, hətta Ter-Tadevosyan da etiraf edir ki, Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması məsələsində Ermənistanın Rusiyaya ümid etməsi lazım deyil.

"Yalnız Ermənistan dövləti bizim təhlükəsizliyimizin keşiyində dura və Qarabağın təhlükəsizliyini təmin edə bilər. Rusiya burada bir-iki təlimi keçirdi və dediklərinə görə, onlar Ermənistanı müdafiə etməyə hazırdırlar, amma Qarabağ haqqında heç bir söz demədilər. Yəni, Rusiya kömək edəcək, ancaq əgər yalnız Ermənistana hücum olacaqsa", - deyə general bu yaxınlarda vurğulayıb.

Azərbaycan və Ermənistan prezidentləri arasında qarşıdakı görüş haqqında danışarkən "Komandos" bildirib ki, danışıqlardan münaqişə zonasında gərginliyin azalmasını gözləmək olar: "Mən bilmirəm, danışıqlar nə haqda aparılır, çünki tərəflər bir şey deyir, amma başqa şey edirlər. Onlar bildirirlər ki, sülh tərəfdarıdırlar. Amma oyuna Rusiya, ABŞ kimi dövlətlər qoşulublar. Prezidentlərin görüşünə gəlincə, gözlənti bidir-sərhəddə gərginliyin azalması, mən başqa məsələlərin həllinə inanmıram. Hərçənd gərginliyin azalması da mühüm məsələdir".

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *