“Dərhal Mingəçevir SES-ə zərbə endirəcəyik...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

“Dərhal Mingəçevir SES-ə zərbə endirəcəyik...” ERMƏNİLƏR AZƏRBAYCANI HƏDƏLƏYİR

“Dərhal Mingəçevir SES-ə zərbə endirəcəyik...”

Ermənistan müdafiə naziri David Tonoyanın ardınca qondarma “dqr müdafiə naziri” də Azərbaycanı müharibə və “Mingəçevirin vurulması” ilə hədələyib. Virtualaz.org xəbər verir ki, Levon Mnatsakanyan bu gün Xankəndində jurnalistlərin qarşısına çıxaraq təmas xəttində hökm sürən “təəcüblü sakitlikdən”, payızda vəziyyətin gərginləşə biləcəyindən və irimiqyaslı hərbi əməliyyatların başlayacağı təqdirsə “Azərbaycanın iqtisadiyyatını iflic etmək” planlarından bəhs edib.

Mnatsakanyan bildirib ki, “əgər zərurət yaranarsa” Dağlıq Qarabağ “müdafiə ordusu”, yəni erməni işğalçı birləşmələri Mingəçevir SES-ə raket zərbəsi endirəcək. Onun sözlərinə görə, Mingəçevir SES hədəf kimi erməni ordusunun taktiki planlarına daxil edilib.

“Hərb elmi bu və buna bənzər obyektlərə zərbə endirilməsini tələb edir. Belə zərbə iqtisadiyyata zərər vuracaq və düşmənin silahlı qüvvələrini müvafiq resurslarla təchiz etmək imkanlarını aradan qaldıracaq. Bu obyekt bizim planlarımıza daxildir”-o bildirib.

“Dərhal Mingəçevir SES-ə zərbə endirəcəyik...”


Mnatsakanyan əlavə edib ki, hər şey belə zərurətin yaranmasından asılıdır, hansı ki, sözügedən zərurət hələ yoxdur. Qondarma “nazir” lovğalığı davam etdirərək deyib ki, Azərbaycanın “LORA”, “Polonez”, “Dana” kimi yeni raket-artilleriya sistemləri nümayiş etdirməsi onları qorxutmur. Çünki ermənilərin əlində də “oxşar silahlar” var. Üstəlik bu silahlar “daha dəqiqdir”

Ermənistanda Mingəçevir SES-i vurmaq barədə təhdidlər ilk dəfə deyil ki, səslənir. Belə təhdidlərlə adətən ya istefada olan generallar, ya hansısa ekspertlər və siyasətçilər çıxış edirdi. İndi isə Dağlıq Qarabağdakı işğalçı qüvvələrin “naziri” su bəndinin hədəf kimi müəyyən edildiyini açıqlayır. Və şübhəsiz ki, rəsmi Bakı, Azərbaycanın Müdafiə Nazirliyi düşmənin bu təhdidinə cavab verməli olacaq. Gözlənilir ki, Müdaifə Nazirliyi gün ərzində Mnatsakanyanın sərsəm təhdidləri ilə bağlı bəyanatla çıxış edəcək.

“Dərhal Mingəçevir SES-ə zərbə endirəcəyik...”


Belə görünür ki, düşmənin nəzərinə Azərbaycan silahlı qüvvələrinin bütün Ermənistan boyu və işğal altındakı ərazilərdə hansı hədəflərin nişangahda olduğunu çatdırmaq lazımdır. Və düşmənə başa salmaq lazımdır ki, bu cür sərsəm təhdidlərlə çıxış etməzdən əvvəl azı iki dəfə düşünməyə zərurət var.

Şübhəsiz ki, Azərbaycan özünün strateji infrastruktur obyektlərinin, o cümlədən Mingəçevir SES-in su bəndinin potensial hücumlardan müdafiəsi üzərində çoxdandır işləyir. Hansı ki, hava və raket hücumlarından bir neçə pilləli müdafiə sistemləri formalaşdırır. Bu sistemlər Ermənistanın sərəncamındakı və Mingəçevirə zərbə endirmək barədə lovğalanmaq üçün istifadə edilən “İsgəndər” raketlərini də dəf etməyə hesablanıb.

“Dərhal Mingəçevir SES-ə zərbə endirəcəyik...”


Digər tərəfdən deyəsən Mnatsakanyan yaddan çıxarıb ki, Azərbaycan ordusunun Naxçıvanda cəmləşdirilmiş əlahiddə ümumqoşun birləşməsi Yerevan və onun yaxınlığındakı Metsamor AES də daxil olmaqla bütün strateji infrastruktur obyektlərini darmadağın etmək gücündədir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *