Jirinovski: “Erməniləri sadəcə, götürüb rədd etmək...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Jirinovski: “Erməniləri sadəcə, götürüb rədd etmək...”

Jirinovski: “Erməniləri sadəcə, götürüb rədd etmək...”


"Hesab edirəm ki, böhranlı vəziyyətlərdə hər hansı görüş vacibdir. Baxın, bu yaxınlarda Putin və Tramp görüşəcəklər. Rusiya ilə ABŞ arasında da münasibətlər çox mürəkkəbdir. Trampı onun administrasiyasından çoxları bu görüşdə iştirak etmək fikrindən daşındırmağa çalışır. Lakin o, görüşü istəyir, çünki başa düşür ki, danışıqlarsız münasibətləri düzəltmək mümkün deyil. Qarabağda da vəziyyət bu cürdür”.

Bu sözləri APA-ya müsahibəsində Dövlət Dumasının deputatlarının və rusiyalı siyasi ekspertlərin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən tədbirdə iştirakına münasibət bildirən Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinosvki deyib.

V. Jirinovski bildirib ki, Rusiya vəziyyətin nizamlanmasının təminatçısı kimi çıxış edir: "Bu münaqişədə Azərbaycan özünü haqlı hesab edir, Ermənistan isə özünü. Erməniləri sadəcə, götürüb rədd etmək olmaz. Ona görə də biz hər hansı bir görüşə isti baxırıq. Belə görüşlər ancaq münaqişənin xeyrinədir. Danışıqlar bütün hallarda müharibədən yaxşıdır".

V. Jirinovski Rusiyanın Qarabağ münaqişəsi tərəflərindən birinin xeyrinə mövqe tutmasının mümkün olmadığını vurğulayıb: "Başa düşmək lazımdır ki, biz münaqişə tərəflərindən birinin xeyrinə birmənalı mövqe tuta bilmərik. Ona görə ki, belə mövqe vəziyyəti daha da mürəkkəbləşdirməyə gətirib çıxarar. Bəşəriyyət və dünya siyasəti belə qurulub. Hamı ilə işgüzar münasibətləri dəstəkləmək bizim marağımızdadır. Ona görə ki, sərhədlərimiz yanında böhranlar bizə sərf etmir".

V. Jirinovski münaqişənin həlli ilə bağlı uzun illərdir təkrarladığı reseptdən danışıb: "Bütün postsovet məkanında millətlərarası və ərazi münaqişələri mövcuddur. Bu münaqişə təkcə Dağlıq Qarabağda deyil, Cənubi Osetiya, Abxaziya, Şərqi Ukrayna, Krım, Qırğızıstan və Özbəkistan arasında da münaqişə ocaqları var. Bütün bunlar bolşeviklərin dövründə sərhədlərin səhv müəyyən edilməsinin, vahid ölkənin milli regionlara və süni sərhədlərə bölünməsinin nəticəsidir. Bu köhnə qərarı 70 il keçəndən sonra, SSRİ dağılan vaxt partlatdılar. Vəziyyəti ancaq ilk səhvi aradan qaldırmaqla düzəltmək olar. Keçmiş SSRİ ərazisində sülh ancaq vahid ölkənin yenidən birləşdirilməsi zamanı mümkün ola bilər. Lakin biz heç kəsi məcbur edə bilmərik. Ancaq könüllü şəkildə birləşmək olar. Gec-tez biz buna gələcəyik. Lakin hələlik maraqlar balansına riayət etməyə məcburuq ki, bu və ya digər dondurulmuş münaqişə yanmağa başlamasın".

"Bir neçə il bundan qabaq siz Azərbaycanda səfərdə oldunuz. Azərbaycan Prezidenti İlham Əliyev sizi qəbul etdi. Səfərinizdən sonra Azərbaycan haqqında müsbət fikirlər işlətdiniz. Bu səfərə kimi sizin haqqınızda Azərbaycan ictimaiyyətində anti-Azərbaycan, ermənipərəst mövqe tutan şəxs imici var idi. Səfərdən sonra Azərbaycan ictimaiyyətindəki bu mövqedə qismən dəyişikliklər olmuşdu. Lakin Solovyovun məlum verilişində Baqdasarovla həmrəy olmağınız yenidən sizin ermənipərəst mövqeyinizi ortaya qoydu. Bu barədə nə deyə bilərsiniz..." sualına V. Jirinovski belə cavab verib: "Mənim Azərbaycana və şəxsən tanış olduğum Prezident İlham Əliyevə münasibətim gözəldir. Mən onun atası Heydər Əliyevi də yaxşı tanıyırdım. Dəfələrlə Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşəm, sizin gözəl ölkənizə səfər etmişəm. Bir çox dövlətlərlə qarşılıqlı münasibətlərdə, xüsusilə qonşularla münasibətlərdə sadəcə, hamını məmnun etmək mümkün deyil. Misal üçün, İsrail İranla çox pis münasibətlərə malikdir. Biz bu dövlətlərdən birini seçə bilmərik. Həm Tel-Əvivlə, həm də Tehranla olan yaxşı münasibətlərimizdən istifadə edib, onların mövqelərini yaxınlaşdıra bilərik. Ermənistan və Azərbaycanla da vəziyyət bu cürdür. Bəli, sizin ölkələriniz arasında Dağlıq Qarabağa görə ağır mübahisə var. Lakin buna görə biz tərəflərdən biri ilə münasibətləri pozub, yalnız digəri ilə münasibət qura bilmərik. Bundan əlavə, Rusiya qlobal nəhəngdir. Rusiya dünyanın bir sıra guşələrində təhlükəsizliyin təmin olunmasına cavabdehdir, hər şeydən əvvəl isə öz sərhədləri ətrafında təhlükəsizliyin təmin olunmasına cavabdehdir. Ən təhlükəli qeyri-stabil münaqişə ocaqlarından biri Yaxın Şərqdədir. Və bu münaqişə ocağı hər zaman şimala, Asiya və Cənubi Qafqaz ölkələrinə, hər şeydən öncə Ermənistan və Azərbaycana keçə bilər. Hər iki ölkə təhlükəsizliyin dəstəklənməsində vacib rol oynayır. Ona görə də, Rusiyaya hər iki ölkə ilə konstruktiv münasibətlər lazımdır".

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *