DÇ-2018: Xorvatiya əlavə vaxtda qol vuraraq finala çıxdı
Yarımfinal matçında Xorvatiya millisi İngiltərəni 2-1 hesabı ilə məğlub edərək finala çıxıb.
AzNews.info xəbər verir ki, Rusiyada keçirilən Dünya Çempionatının ikinci yarımfinal görüşündə Xorvatiya əlavə vaxtda həlledici qol vuraraq finala çıxmağı bacarıb.
Oyunda ilk topu İngiltərə yığması vurdu, 5-ci dəqiqədə Kiran Tripyer cərimə zərbəsindən hesabı aça bildi.
Xorvatların cavabı 68-ci dəqiqədə İvan Pereşiçin qolu ilə oldu.
Əlavə vaxtın ikinci hissəsində, 111-ci dəqiqədə Mario Mandzukiç güclü zərbə ilə oyunun həlledici qolunu vura bilib.
15 iyulda keçiriləcək final matçında Xorvatiya Fransa ilə qarşılaşacaq. İngiltərə isə, 3-cü yer uğrunda mübarizədə Belçika millisi ilə üz-üzə gələcək.
Mənbə:> AzNews.info