Perişiç xəstəxanaya yerləşdirildi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Perişiç xəstəxanaya yerləşdirildi

Perişiç xəstəxanaya yerləşdirildi


Xorvatiya milli komandasının futbolçusu İvan Perişiç İngiltərə yığması ilə dünya çempionatının yarımfinal oyunundan sonra xəstəxanaya çatdırılıb.

AzNews.info report.az-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu diz oynağını müayinə etdirib. Müayinənin nəticələri məlum deyil. O, qol və məhsuldar ötürmə müəllifi olduğu oyunda həm də zədə alıb. Eyni zamanda Perişiç matçın ən yaxşı futbolçusu seçilib.

İngiltərə ilə qarşılaşmanın əsas vaxtında 1:1 hesablı heç-heçə qeydə alınıb. Əlavə vaxtda isə Xorvatiya daha bir qol vuraraq, adını finala yazdırıb. İyulun 15-də keçiriləcək həlledici görüşdə rəqib Fransa olacaq.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *