Deputatlar iki aylıq məzuniyyətə çıxdı
Milli Məclisinin sədri, sədr müavinləri və üzvləri məzuniyyətə çıxıb.
Oxu.Az xəbər verir ki, məzuniyyət avqustun 30-a qədər davam edəcək.
MM üzvləri iki aylıq məzuniyyət pulu ilə təmin ediliblər. Məzuniyyət pulu deputatın parlamentdə tutduğu postdan asılı olaraq müvafiq qaydada 2 aylıq vəzifə maaşı miqdarındadır.
Qeyd edək ki, hazırda Milli Məclisin sədri 2475 manat, sədrin birinci müavini bunun 90 faizi, digər müavinlər 85 faizi, komitə sədrləri 80 faizi, komitə sədrlərinin müavinləri 75 faizi, qalan deputatlar isə 70 faizi qədər maaş alırlar.
Mənbə:> Oxu.Az