Hərənin öz payı, yoxsa... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Köşə

Hərənin öz payı, yoxsa...

Hərənin öz payı, yoxsa...

Zaur ƏHMƏD

Hər zaman sosial ədalətin tərəfində olmuşam. İstəmişəm ki, kimsə kimsənin haqqını yeməsin. Haqqı olanın haqqının verilməsini arzulamışam, bacardığım qədər də bunu tələb etmişəm.

Amma artıq bu ölkədə kimin haqlı kimin haqsız olduğunu, kimin payının az, kimin payının çox olduğunu müəyyən etmək müşkülə çevrilib. Aşağı baxırsan saqqal, yuxarı bağırsan bığ. Odur ki, indi seçim və qərar sizindir. Mən, sadəcə, olanı yazacam. Qərarı özünüz verin.

Azərbaycanda məhkəmə hakimlərinin maaşı artıldı. Dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə 2280 manat həcmində maaş veriləcək. İndiyədək bu rəqəm 2070 olub. Naxçıvan MR Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, yəni 2052 manat maaş alacaq. Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan MR ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində, 1 824 manat əməkhaqqı alacaq. Digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində, yəni 1 596 manat maaş nəzərdə tutulur. Bütün məhkəmələrin sədr müavinləri müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində, yəni 1436 manat maaş alacaq.

Milli Məclis deputatlarının da maaşı artırıldı. Maaş artımına əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.

Milli Məclisin sonuncu plenar iclasında Ombudsmanın maaşının və pensiyasının artırılması ilə bağlı məsələ müzakirəyə çıxarılıb və qərar verilib. Qanunun 16-cı (Müvəkkilin sosial, maliyyə və digər təminatları) maddəsinin 1-ci bəndində edilən dəyişikliyə əsasən, Müvəkkil 2230 manat məbləğində aylıq əmək haqqı alacaq. İndiyə qədər bu rəqəm 2025 manat olub.

Bunlar çox gözəl. Dövlət və millət adamları gərək yaxşı maaş alsınlar. Azərbaycan kimi zəngin bir ölkənin dövlət ərkanının nümayəndələrinin təminatı da yüksək olmalıdır. Amma...

İndi keçək digər kateqoriyadan olanlara.

Hazırda ön cəbhədə xidmət edən orta zabit-gizir heyətinin maaşı ortalama 600-1100 manatdır. Bu ilin əvvəlindəki 10 faizlik artımla 700-1200 manat olub. Hazırda təqaüddə olan orta zabit heyətinin pensiyası 500-1000 manat civarında idi, artımdan sonra 550-1100 manat həcmindədir.

Şəhid ailələrinə verilən prezident təqaüdü 220 manat idisə, artımdan sonra 242 manat olub.

Qarabağ müharibəsində sağlamlığını itirən keçmiş döyüşçülərin aldıqları pensiyalar da bəllidir. Deməli, 1-ci qruplar 220-230, 2-ci qrup 90-100, 3-cü qruplar 60-70 manat pensiya alır. Bununla yanaşı, 1-ci qruplar 180, 2-ci qrup 157, 3-cü qrup 130 manat prezident təqaüdü alırlar.

Bu ilin əvvəlində pensiyalara tətbiq edilən artıma əsasən, aylıq 150 manatlıq pensiya məbləği 8 manat 55 qəpik, 160 manatlıq pensiya məbləği 9 manat 12 qəpik, 170 manatlıq pensiya məbləği 9 manat 69 qəpik, 180 manatlıq pensiya məbləği 10 manat 26 qəpik, 200 manatlıq pensiya məbləği 11 manat 40 qəpik, 220 manatlıq pensiya məbləği 12 manat 54 qəpik olub.

Orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7 faiz artaraq 528,2 manat olub.

Ölkənin müxtəlif təbəqələrindən olan, müxtəlif peşə sahiblərinin əmək haqqı hamıya bəllidir. Ona görə də siyahını uzatmıram. İndi özünüz qərar verin. Bu məmləkətin sərvətinin pay bölgüsü nə qədər ədalətlidir?

Mənbə: Mia.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *