Deputatlar tətilə buraxıldı
Azərbaycan Milli Məclisinin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar tətilə buraxılıb.
AzNews.info Report.az-a istinadən xəbərinə görə, “Deputatın statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət də verilir.
Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.
Tətil müddəti avqustun 30-dək davam edəcək.
Mənbə:> Report.az