Daha bir məşhur erməni Bakıya gəldi
Azərbaycan-Ermənistan Vətəndaş Sülh Platformasının köməyi ilə onun iştirakçısı, bakılı Eduard Baqiryan öz cavanlığının şəhərinə qayıtmağa nail olub.
O, virtualaz.org-a eksklüziv açıqlamasında öz təəssüratlarını və erməni-Azərbaycan münaqişəsinin həlli ilə bağlı fikirlərini bölüşüb.
"Mən bakılıyam, 18 ilə qədər Bakıda yaşamışam. Sonra Xarkova hərbi məktəbdə oxumağa getdim. Əlbəttə, mən hər il bura gəlirdim və valideynlərimlə qalırdım. Təəssüf ki, bütün bunlar 1988-ci ildə bitdi. O vaxt mən əlaqələrimin hesabına öz atamı və arvadını Rusiyaya apara bildim. Onlar Kamışinada mənzili aldılar, mən Bakıya gəlməyi dayandırdım", - Moskvanın 80 yaşlı sakini deyib.
Onun sözlərinə görə, Bakıya indiki gəlişində o öz həyətlərinə, qəbiristanlığa və pioner uşaqlığının keçdiyi Buzovnaya baş çəkib.
"Mənə bunlar, əlbəttə, çox xoş gəlir. Amma gəlişimin ikinci tərəfi də var. Münaqişə, hansı ki, artıq 30 ildir alovlanıb və müxtəlif vaxtlarda ayrı-ayrı partlayışlarla yenidən tüstülənir, məni çox narahat edir və mən çox istəyərdim ki, keçmiş qonşular və dostlar, qonşu ölkələr, respublikalar arasındakı bu münaqişənin bitməsinə az da olsa köməyim dəysin. Mən bu münaqişənin dayandırılmasının yolunu, hər şeydən əvvəl, Azərbaycanın və Ermənistanın ağıllı ziyalılarının prosesə qarışmasında görürəm. Xüsusən də indi Ermənistanda daha da körüklənən millətçi dəmini söndürmək üçün", - E.Baqiryan bildirib.
O, tarixə çox ehtiyatla yanaşmağın lazım olduğunu deyir: "Tarix – bu çox güclü və çox kəskin silahdır. Çox təhlükəlidir o vaxt ki, tarixdən təcavüzə bəraət üçün istifadə olunur. O vaxt ki, insanları əlamətə görə bölməyə başlayırlar – sənin gözlərinin quruluşu, burnun necədir, sarışınsan və ya qara – bu artıq millətçilik qoxuyur. Və harada ki, millətçilik var, orada artıq bəla var və mən hesab edirəm ki, bununla qurtarmaq lazımdır. Bu məsələdə ziyalıların nəhəng rolunu bir daha vurğulamaq istəyirəm".
Onun sözlərinə görə, internetlə ünsiyyətdə tez-tez "ağılın donuqluğu" müşahidə olunur.
"Əgər iradə belə əhval-ruhiyyələrə verilsə, onda yaxşı heç nə olmayacaq. Mənim 80 yaşım var və həyatımda çox şeylər görmüşəm. Azərbaycana gəlincə, burada millətçilik, düşmənçilik əhval-ruhiyyəsi əhəmiyyətli dərəcədə azdır. Mən bunu görürəm. Amma Ermənistanda, internetdə mənim gördüklərimə əsasən, super millətçiliyin yönəldilməsinə xüsusi üstünlük verirlər-"Qarabağ bizimdir". Əgər belə yolla gedilərsə, onda Rusiya da həmçinin, mövcud olmamalıdır. Orada həm Tatarıstan, həm də Başqırdıstan var. Tutaq ki, bütün bu işi “qurdaladılar”, yaxşı nə alınacaq? Bu müharibədən, dərddən başqa heç nə verməyəcək", - E.Baqiryan deyib.
O, böyüyən nəslin savadlı, qarşılıqlı etibar və hörmət prinsipləri əsasında tərbiyəsinin əhəmiyyətini qeyd edib.
"Təəssüf ki, qarşılıqlı etibarı tamamilə bərpa etmək artıq mümkün olmayacaq, amma əgər bu iş düşmənçiliyin dərəcəsinin azalmasına aparıb çıxaracaqsa, bunun özü də yaxşıdır. Hər şey məktəb partasından başlanır. Əgər uşaqların beyninə birinci sinifdən millətçilik notları yeridilərsə, onda, əlbəttə, onlardan 10-15 il sonra itirilmiş millətçilər yetişəcək. Onlar həm özlərinə, həm də xalqlarına ziyan gətirəcəklər", - deyə Bakının keçmiş sakini vurğulayıb.
Onun sözlərinə görə, Moskvada azərbaycanlılar və ermənilər bir-birilərilə münaqişə etmirlər.
"Moskvada azərbaycanlılar və ermənilər əla yaşayırlar. Onlar harada rastlaşırlar rastlaşsınlar, aralarında heç bir münaqişə olmur. Nə taksidə, nə bazarda, nə də ki, işdə. Tamamilə heç bir münaqişə olmur. Orada bütün emosiyalara nəzarət olunur və bu çox yaxşı və düzgündür...”, - deyə E.Baqiryan bildirib.
O qeyd edib ki, millətlərarası münaqişələr tarixən dünyadakı bütün qonşu xalqlara və dövlətlərə məxsusdur.
"Mən düşünürəm ki, bu həmişə olub və olacaq. Amma sivilizasiya, mədəniyyət və ziyalılar da ondan ötrü mövcuddurlar ki, yaşam mədəni olsun. İnsan ona görə doğulmur ki, vuruşsun, başqa torpaqları tutsun, təbliğat aparsın ki, onda qan təmizdir, başqasında isə təmiz deyil...", - E.Baqiryan sonda vurğulayıb.
Mənbə:> Virtualaz.org