Çingiz Abdullayev: "Mənim kitablarımı yandırın, Fərhad Bədəlbəylinin barmaqlarını kəsin..." » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Ədəbiyyat

Çingiz Abdullayev: "Mənim kitablarımı yandırın, Fərhad Bədəlbəylinin barmaqlarını kəsin..."

Çingiz Abdullayev: "Mənim kitablarımı yandırın, Fərhad Bədəlbəylinin barmaqlarını kəsin..."

Əfsanəvi yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev müxalif millətçi demokratların ultra-radikal qanadını təmsil edənlərin qarşıdakı prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən yazıçıların kitablarını yandırmaq barədə çağırışlarına cavab olaraq öz “Feysbuk” səhifəsində qəzəbli müraciətlə çıxış edib.

Virtualaz.org bildirir ki, Ç.Abdullayevin yazdığına görə, "Azadlıq radiosu"nun və "Yeni Müsavat" qəzetinin “ötürmələrindən” məlum olub ki, bizim ölkəmizdə yazıçıların öz fikirini demək hüququ yoxdur, əgər həmin fikir bu nəşrlərin siyasətinə ziddirsə. Elə onların qurduğu təbliğat nəticəsində qəfildən ortaya bir qrup insan çıxıb və qərar veriblər ki, bəzi müəlliflərin kitablarını hamının gözü qarşısında tonqalda yandırmaq lazımdır. Bunlar xalq yazıçıları Anar və Çingiz Abdullayevdir: “Nə üçün? Ona görə ki, onlar seçkilərdə indiki Prezidentin namizədliyini dəstəkləyirlər! Əhsən! Sadəcə afərin! Mən heç vaxt Zori Balayanın heç olmasa bircə kitabını yandırmağa çağırışlar eşitmədim, hansı ki, qonşu xalqın bizim torpaqlarımıza hüququnu əsaslandıraraq Xocalı soyqırımını məmnuniyyətlə təsvir edib. Hərçənd onun da kitablarını yandırmaq lazım deyil. Onlar qonşu xalqa zooloji nifrətin aşkar nümunəsidir.

Görünür, bu Azərbaycan müəlliflərinin kitablarını yandırmaq daha xoşdur. Amma iş yalnız bunda deyil! Orada artıq, hələlik zarafatla Fərhad Bədəlbəylinin barmaqlarını kəsmək, Elbəy Qasımzadənin binalarını uçurmaq təkliflərini çap ediblər. Mən bu siyahıya əlavələr etmək istəyirəm. Yəqin Firəngiz Əlizadənin bütün partituralarını yandırmaq, Şəfiqə Məmmədovanın filmlərini qadağan, Fərhad Xəlilovun rəsmlərini məhv etmək, Azərpaşa Nemətovun tamaşalarını bağlamaq lazımdır. Bəlkə dayanaq? Anar artıq bildirib ki, əgər onun kitablarını yandırmağa başlayacaqlarsa, o bu hörmətli siyahıya düşəcək və bu onun üçün şərəf olacaq. Bildirmək istəyirəm ki, onu tamamilə dəstəkləyirəm və bu siyahıya düşmək eynilə mənim üçün də şərəf olacaq! Məsələn, Hitler Almaniyasında Tomas Mannanın, Heynenin, Feyxtvanqerin və Freydin əsərlərini yandırırdılar.

Amma məni İsa Qəmbərin sükutu təəccübləndirir, hansı ki, həbsxanadan Anar öz zəmanəti ilə çıxarıb. Və hansı ki, mən həmişə özümün ən sadiq oxucularımdan biri hesab etmişəm! Bəs Mehman Əliyev, ən böyük müxalif informasiya agentliyinin rəhbəri, hansı ki, həbs olunduğu birinci gün Anar, Fərhad Bədəlbəyli və bu sətirlərin müəllifi onun müdafiəsinə qalxmışdılar, niyə susur?! Yəqin belə lazımdır. Bizim ənənələrimiz belədir! Heç kim xüsusi diqqət gözləmir, sadəcə öz fikirini söyləmək! Ən acınacaqlısı: hər ikisi belə biabırçı aytodafenin necə dönəcəyini anlamaq üçün kifayət qədər çox oxumuş insandır! Amma mənim haqqında demək istədiyim bu da deyil! Razıyam ki, mənim kitablarımı yandırmaq lazımdır! Amma onlar çox ölkələrdə satılır. Onları bütün dünyada yığmaq və yandırmaq çətin və faydasız olacaq. Üstəlik, hamısı çoxdan İnternetdə dərc edilib. Başlayın yandırmağa! Uğurlar!

İndi isə ən vacibi. Mən diqqəti bəzilərinin insanlığa sığmayan dəhşətli alçaqlığına yönəltmək istəyirəm, hansılar ki, səksən yaşlı Anara zəng edir və məmnuniyyətlə bildirirlər ki, hansısa axmaqlar onun kitablarını yandırmağa hazırlaşırlar. O insana zəng edirlər ki, iki ay əvvəl ürəyindən ağır əməliyyat olunub! Əgər bu şüurlu qətl deyilsə, onda onun adı nədir? Ümumiyyətlə, hər şey düzgündür! Heç kəs başqa heç nə gözləmirdi də! Bütün bu "çürük ziyalılara" elə belə də lazımdır. Oxlokratiyanın özbaşınalığı hakimiyyətin diktatından heç də yaxşı deyil!".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *