“Hacı Beyləqanski” Ded Xasanın qətlində ittiham olundu
Məşhur “vor zakon” Ded Xasanı “Hacı Beyləqanski” kimi tanınan azərbaycanlı Hacıbaba Tahir oğlu Talıbxanlı qətlə yetirib.
Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, son zamanlara qədər “Hacı Beyləqanski” Moskvanın şimal-qərb hissəsində yaşayıb, rabitə üçünsə Qazaxıstanın mobil operatorlarının xidmətlərindən istifadə edib.
“Mash” əlavə edir ki, istintaqın gəldiyi nəticəyə görə, Ded Xasanın qətlini Rövşən Lənkəranski sifariş edib. Həmin vaxt azərbaycanlı “vor zakon”un “Ded Xasan” ləqəbli Usoyandan sonra kriminal aləmdə ikinci nüfuzlu şəxs olduğu deyilir.
Ded Xasan snayper gülləsi ilə Moskvanın mərkəzindəki restoranlardan birinin yaxınlığında öldürülüb.
Qatilin restoranla üzbəüz binadan atəş açdığı güman edilir. “Hacı Beyləqanski” bu qətldən sonra 5 il müddətində istintaqdan gizlənməyə müvəffəq olub.
Virtualaz.org “112” telegram-kanalına istinadən xəbər verir ki, “Hacı Beyləqanski” Ded Xasanın qətlində deyil, həmyerlisi İlqar Əliyevin qətlində iştirakını etiraf edir. İlqar Əliyev “Ded Xasan” ləqəbli “vor zakon” Aslan Usoyanın yaxın tərəfdaşı olub.
2012-ci ilin cinayət işindən sətirlər:
“Aprelin 19-da təxminən saat 15-də “Presnya valı”nda kriminal dairələrdə “İlqar Danabaş” kimi tanınan 52 yaşlı İlqar Əliyev güllələnib. Şahidlərin sözlərinə görə, cinayətkarlar İlqar Əliyevin və onun 25 yaşlı rəfiqəsi Alyona Yevteyevanın olduğu “Toyota Land Cruiser” maşınını izləyiblər. Maçın svetofora yaxınlaşarkən yaxındakı avtomobildən bir kişi çıxaraq, cipə tərəf gedib və tapançadan atəş açıb. İlqar Əliyev hadisə yerində ölüb”.
İlqar Əliyev ("İlqar Danabaş")
Xatırladaq ki, “Hacı Beyləqanski” ləqəbli kriminal avtoritet Hacıbaba Talıbxanlı barəsində Cinayət Məcəlləsinin 105.1 (qətl) və 105.2 (iki və daha çox insanın qətli) maddələri üzrə cinayət işi qaldırılıb.
Bu barədə virtualaz.org-a Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsindən məlumat veriblər.
Mənbə:> Virtualaz.org