“Hacı Beyləqanski”ni kütləvi qətllərdə ittiham etdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Kriminal, Video

“Hacı Beyləqanski”ni kütləvi qətllərdə ittiham etdilər – VİDEO

“Hacı Beyləqanski”ni kütləvi qətllərdə ittiham etdilər

“Hacı Beyləqanski” ləqəbli kriminal avtoritet Hacıbaba Talıbxanlı barəsində Cinayət Məcəlləsinin 105.1 (qətl) və 105.2 (iki və daha çox insanın qətli) maddələri üzrə cinayət işi qaldırılıb.

Bu barədə virtualaz.org-a Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsindən məlumat veriblər.



* * *10:40

Ötən gün Moskva polisinin cinayət axtarış idarəsinin əməkdaşları tərəfindən “Belıy dom” restoranında (“Qlubokiy pereulok” küçəsi) məşhur azərbaycanlı qanqster, “Hacı Beyləqanski” ləqəbli Hacıbaba Talıbxanlı yaxalanıb. Virtualaz.org “Prime Crime” portalına istinadən xəbər verir ki, “Hacı Beyləqanski” xüsusilə ağır cinayətlərdə şübhəli bilinir. İstintaqın maraqları naminə ona qarşı irəli sürülmüş ittihamın detalları açıqlanmır.

Beyləqan rayonunun sakini olan “Hacı Beyləqanski” 2016-cı ilin avqustunda İstanbulda güllələnmiş məşhur kriminal avtoritet “Rövşən Lənkəranski”nin killerlər briqadasının komandiri hesab olunurdu. O, 2012-ci ildə Dubayda keçirilmiş “sxodkada”-kriminal generalların toplantısında “vor zakon” titulu alıb. Həmin toplantıda “Rövşən Lənkəranski”nin digər məşhur killeri, Gəncədən olan Ülfət Tağıyev (“Rufo Gəncinski”) də həmin titulu almışdı. Hazırda o, Arxangelsk vilayətindəki həbsxanalardan birində 8 illik həbs cəzası çəkir.

Bildirilir ki, “Hacı Beyləqanski”nin və “Rufo Gəncinski”nin əli “Rövşən Lənkəranski”nin çoxsaylı düşmənlərinin qanına batıb. “Hacı Beyləqanski” Rövşən Canıyevin ölümündən sonra onun qruplaşmasına başçılıq edən qohumu Zaura xidmət edirdi. Bir neçə ay əvvəl xəbərlər yayılmışdı ki, “Hacı Beyləqanski” Moskvada yerləşib, elit yaşayış komplekslərindən birinin penthausunda yaşayır və çoxsaylı mühafizəçilərin müşaiyəti ilə gəzir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *