Rusiyadan soruşmaq istəyirik: niyə?! » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Rusiyadan soruşmaq istəyirik: niyə?!

Rusiyadan soruşmaq istəyirik: niyə?!


Tarixən belə formalaşıb ki, seçkilərdən sonra Azərbaycan dövlətinin başçısı ilk rəsmi səfərini Türkiyəyə edir, Ermənistanın rəhbəri isə Kremlə üz tutur. Ermənistandakı yeni parlament üsul-idarəsi yalnız siyasi sistemin mahiyyətini deyil, erməni hakimiyyətinin simasını da dəyişib. “Məxməri inqilab”ın qələbəsi ilə tarixi ənənələr də dəyişikliyə uğrayıb. Qarabağ klanının 20 illik mütləq hökmranlığından sonra hakimiyyəti bir vaxtlar Levon Ter-Petrosyanın səhra komandirləri tərəfindən devrilmiş Yerevan siyasi qruplaşmasının partiyası ələ keçirib.

Rusiyadan soruşmaq istəyirik: niyə?!
Paşinyan və Ter-Petrosyan 2008-ci ilin etiraz aksiyalarında


Paşinyanın dənləri və Kremlin dəyirman daşı

Paşinyan hələ də Kremli özünün davamçılığına və Rusiya-Ermənistan hərbi-siyasi koalisiyasının qorunması üzrə öhdəliklərə sədaqətinə inandırmaqdadır. Fəqət siyasətçilərin çıxışları onların həqiqi məqsədlərini və səmimi düşüncələrini gizlətməlidir. Qafqazda Rusiyanın nüfuzunun sərt tənqidçisi və əleyhdarı, eyni zamanda Rusiya ilə ittifaq ideyasına qarşı olan adam bircə anda Kremllə ittifaqa səsləyən siyasətçiyə çevrilə bilməz. Əgər Ermənistan Qafqazda Rusiyanın forpostu idisə, Paşinyan və “Yelk” Ermənistanda qərb təsirinin kiçik adası idi.

İnqilaba sayılı aylar qalmış Ermənistan parlamenti Rusiya ilə “hərbi-texniki əməkdaşlıq və hərbi təmayüllü mallara nəzarət sahəsində” müqaviləni müzakirə edirdi. Bu müqavilənin ratifikasiya edilməsinin qatı əleyhdarı məhz deputat Nikol Paşinyan idi. “Bu cür müqavilələrlə və ümumiyyətlə 20-25 il ərzində Rusiya suverenliyimizi dən-dən əlimizdən alıb. Biz isə buna kənardan tamaşa edirik”, - bu, Ermənistanın gələcək baş nazirinin alovlu anti-Rusiya çıxışının kiçik fraqmentidir. İndi isə, Rusiyayönümlü hakimiyyət devrildikdən sonra, yəqin ki, Paşinyan buna kənardan tamaşa etməyəcək. O, Rusiya ilə müqavilələrə xitam verilməsi üçün bütün vasitələrə yiyələnib. Hazırkı baş nazirin etiraf etdiyinə görə, həmin müqavilələr Ermənistanın suverenliyini əlindən alır.

Rusiyadan soruşmaq istəyirik: niyə?!
Paşinyanın hər bir çıxışı başdan ayağa anti-Rusiya ruhludur

Həm də Paşinyan kabinetinə hazırkı Rusiyanın ən qatı əleyhdarlarını toplayıb. Baxın, diaspor işləri üzrə yeni nazir müavini Babken Ter-Qriqoryan Soros Fondunun Yerevandakı keçmiş koordinatorudur, aprel müharibəsindən sonra Rusiya səfirliyi qarşısında Putin əleyhinə aksiyalarda şəxsən iştirak edib və Rusiya prezidentinə qarşı təhqiramiz plakatlar nümayiş etdirib. Tarix hər şeyi xatırlayır. Tarix hər şeyə dözər. Bu da Ter-Qriqoryanın Yerevan küçələrinə çıxardığı şüar.

Rusiyadan soruşmaq istəyirik: niyə?!
Ter-Qriqoryan Putini təhqir edən şüarla


Ter-Qriqoryan Fransa ermənisidir, uzun müddət ABŞ-da işləyib, Rusiyaya və Putinə qarşı bütün kütləvi etiraz aksiyalarının baş təşkilatçısı olub. Rusiya prezidentinin 2013-cü ilin dekabrında Yerevana səfəri ərəfəsində bütün Yerevan boyunca “Serjin atası gəlib” yazılmış plakatları şəxsən yapışdırmışdı. “Biz Rusiyanın müstəmləkəsi olmaq istəmirik. Ölkələrinin Avrasiya İqtisadi İttifaqına daxil olmağa məcbur edilməsini ermənilər şantaj kimi qəbul ediblər”, - anti-Rusiya “Elektromaydan”ının zirvə nöqtəsinə çatdığı vaxt Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində həmin bu Babken Ter-Qriqoryan belə demişdi. İndi isə bu qatı Rusiya əleyhdarına ən strateji istiqamət həvalə olunub – Rusiyadakı çoxmilyonluq erməni diasporu ilə iş.

Daha bir anti-Rusiya siyasətçisi, rus dünyasına və hətta rus dilinə nifrətini gizlətməyən Araik Arutyunyan təhsil naziri təyin edilib. Son illərdə hətta Kreml tərəfdarı olan siyasətçilər belə rus dilinin Ermənistanda sıxışdırılmasından gileylənirdilər. Budur, “Ermənistan ermənilər üçündür” faşist çağırışının müəllifi olan Araik Arutyunyan xalq maarifinin rəhbərliyinə gətirilib. A.Arutyunyanın elə ilk çıxışı başlıca rus müqəddəsi olan rus dilinə patoloji nifrətlə dolu idi. “Bu da sizə kiril əlifbası. Bu, əsl “zibil əlifbası”dır”, - yeni təhsil naziri özünün “Facebook” səhifəsində yazır. Rusiyaya və bu ölkəyə aid hər şeyə, o cümlədən Rusiyanın mədəni-tarixi irsinə qazanılmış üzvi nifrətlə dolu nazirdən nə gözləmək olar?

Rusiyadan soruşmaq istəyirik: niyə?!
Araik Arutyunyan


Bəs Dövlət Nəzarəti Xidmətinin rəisi vəzifəsinə Paşinyan öz kabinetinə kimi daxil edib? “Putin terrorçudur” və “Məhv olsun Rusiya” şüarları ilə Rusiya səfirliyinə doğru yürüşün təşkilatçısı David Sansaryanı... Paşinyanın digər tərəfdarları ilə birlikdə Sansaryan şəxsən Rusiyanın Ermənistandakı səfirliyini lax yumurta atəşinə tutub. O, həm də Ermənistandan FTX-nin sərhəd qoşunlarının çıxarılması üzrə ictimai təşəbbüsün müəllifidir.

Rusiyadan soruşmaq istəyirik: niyə?!
David Sanasaryan Yerevanda anti-Rusiya marşının təşkilində


Bu, Ermənistanın yeni hakim komandasının rus tarixi irsinə və Rusiya siyasi nüfuzuna qıcıqlandırıcı etirazının bəzi nümunələridir. Bu əli-qolu açılmış mənəviyyatsızlar Ermənistanda Rusiya maraqlarının qarantı olacaqlar? Əlbəttə ki, onların dilindən hələlik yalnız Kremlin siyasi təsiri ilə mübarizəyə yönəlmiş qətiyyətli kursla əlaqəsi olmayan sözlər çıxır. Nəyə görəsə Rusiyada hələ ki öz qüdrətini qoruyub saxlayan və bütün dövlət orqanizminə xərçəng şişi kimi yayılmış erməni diasporu Ermənistandakı təhlükəli tendensiyanı Rusiyanın ali rəhbərliyinə dəyişdirilmiş və özünə sərf edən tərzdə təqdim etməyi bacarır. Paşinyanın rus dünyasının maraqlarına təhlükə törətmədiyinə hazırkı Rusiyanı inandırmağa çalışan bu məmurlar və ictimai xadimlər hələ dünən Sarkisyanın səhra komandirləri qruplaşmasının maraqlarını müdafiə edirdilər.

Paşinyan Gürcüstanda nə axtarır?

Eyni zamanda, yeni baş nazir Nikol Paşinyan ilk növbədə Gürcüstana yollandı. Rəsmi səviyyədə. Halbuki, ilk rəsmi səfər – yeni dövlət başçısının siyasətində xüsusi əhəmiyyətə malik addımdır və yeni hakimiyyətin xarici siyasi istiqamətlərini və prioritetlərini müəyyənləşdirir.

Rusiyadan soruşmaq istəyirik: niyə?!
Paşinyanın Gürcüstana ilk rəsmi səfəri


Misal üçün, prezident Tramp ilk xarici səfərini İsrailə və Səudiyyə Ərəbistanına etdi və bununla da nümayiş etdirdi ki, Vaşinqtonun xarici siyasət doktrinasında Yaxın Şərq siyasəti ən vacib amil olaraq qalır. Sonradan bu, özünü Trampın Qüdsün statusu ilə bağlı tarixi qərarında və İranla nüvə sazişlərinə yenidən baxılmasında göstərdi. Rusiya prezidenti Putin isə seçildikdən sonra Türkiyəyə getdi. Bu səfər isə Vaşinqton və İsraillə barışmaz sərt münaqişəyə girmiş Ərdoğan rejiminin mövqelərinin dayanıqlığının Rusiya başçısı üçün əhəmiyyətini izah edir. Taleyüklü seçkilər ərəfəsində Ərdoğanın xəttinin dəyişilməzliyi, həmçinin türk qoşunlarının Afrində olması yalnız Türkiyənin deyil, bütün regionun gələcək taleyində əksini tapacaq.

Beynəlxalq ekspert cəmiyyəti tez-tez Gürcüstandakı “qızılgül inqilabı” ilə Ermənistandakı “sevgi inqilabı” arasında analogiyalar axtarır və Paşinyanın Saakaşvilinin taleyini təkrarlayacağını bildirirlər. Gürcüstanın ictimai və dövlət həyatının müxtəlif sahələrində Rusiya təsirinin səviyyəsindən asılı olmayaraq, bu Cənubi Qafqaz ölkəsi Qərbin və NATO-nun strateji geosiyasi maraqları orbitindədir. Vaşinqtonun Gürcüstanda nüfuzu sərhədsizdir və mütləqdir. Bu, gürcülərin işğal edilmiş ərazilərin qaytarılmasına olan səylərə, hətta Rusiyanın buna aid istəyinə belə ümidləri faktiki olaraq itirmələrimndən sonra daha da güclənib.

Xatırlayırsınızmı, Kemp-Devid sammitindən sonra politologiya və konfliktologiya öz elmi bazasını qısa, amma tutarlı formulla zənginləşdirdi: “sülh əvəzində ərazilər”. Ona görə də, budur, Gürcüstan öz seçimini bu tarixi yeni modellə etdi: “ərazilər əvəzində avrointeqrasiya”.

Bu konsepsiya Rusiyanın tədricən Vaşintonun təsir dairəsinə doğru sürüşən keçmiş sovet respublikalarını çəkindirməyə yönələn, qısa, amma qorxunc formuluna - “avrointeqrasiya əvəzinə separatizm”ə alternativ oldu. Qərbə qarşı regional dövlətlərin üçlü ittifaqı, rusların forpostu Ermənistan və neytral Azərbaycanla əhatə olunmuş Gürcüstan NATO və Vaşinqtonun dünyanın ən problemli regionlarından birindəki dayağı rolunu seçdi.

Paşinyanla görüşdən üç gün əvvəl Tblisidə baş nazir Georgi Kvirikaşvili öz ölkəsinin 2021-ci ildə NATO-ya üzv olmaq niyyətini açıq ifadə etdi. Alyansın qarşıdakı sammitində isə Gürcüstan üzvlüyə namizəd statusunu ala bilər, bu ölkə üçün NATO-ya inteqrasiya mexanizmi artıq başladılıb. Həmin mexanizm bir vaxtlar Monteneqroya tətbiq edilmişdi. Üzvlüyə namizəd statusu alandan beş il sonra bu Balkan ölkəsi NATO-nun tamhüquqlu üzvü oldu.

Ən azından ABŞ dövlət katibi Mayk Pompeo və NATO-nun baş katibi Yens Stoltenberq bir ağızdan Gürücüstanı alyansa üzv qəbul etməyə çağırırlar, Tbilisinin qarşısında geniş perspektivlər açmaq istəyirlər. Gürcüstanın NATO-ya inteqrasiyasını indi heç bir “Qazprom” səhmdarı dayandıra bilməz, çünki alyansa üzvlüyün əleyhinə olan arqumentlər gürcü cəmiyyəti tərəfindən qətiyyətlə rədd olunur.

Rusiyadan soruşmaq istəyirik: niyə?!
NATO Gürcüstanda öz evindəki kimidir


Paşinyan isə Gürcüstana səfər etməklə Rusiyaya qarşı daha bir çağırış etmiş oldu. Latın Amerikası ölkəsinin ilk səfərini Kubaya etməsini Vaşinqtonda necə qarşılayardılar? Açıq çağırış kimi. Paşinyana gəldikdə təxminən “Azadlıq adasına” komendante Çe ilə görüşə can atan komendant Çanın əhvalatı kimi bir hadisə baş verib.



Ermənistanın arxasında kürdlər dayanıb?


Paşinyan özü Gürcüstana bu ilk səfərinin təsadüfi seçim olmadığını deyir. “Simvolikdir, amma təsadüfi deyil ki, mənim ilk rəsmi səfərim Gürcüstanadır. Bu təkcə mənim xalqımın deyil, şəxsən özümün də Gürcüstana münasibətimi ifadə edir”, - Paşinyan lovğalıqla, amma yüksəkdən və Moskvaya nəzər salmadan deyib. Bəli, məhz təsadüfi deyil və simvolikdir! Və bu Ermənistanın geosiyasi dönüşü və Paşinyanın xarici siyasət seçimi ilə izah edilir, o, Vaşinqtonun və Moskvanın diqqətinə də bunu çatdırmağa çalışır.

Bu yaxınlara qədər nə erməni xalqı, nə erməni tərəfdarı beynəlxalq siyasətdə küncə sıxılmış inqilabçı xalqla həmrəyliyini və konsolidasiyasını ifadə etməmişdi, heç buna eyham da vurmamışdı. Əksinə, Ermənistan separatçı əhval-ruhiyyəli Cavaxetiyanı qızışırmaqla Gürcüstanın parçalanmasına yönəlmiş qorxunc prosesi hər cür dəstəkləmişdi. Hansı ki, bu gün də həmin bölgəni özününkü sayır! Bəs bütün qədim gürcü monastırlarını erməni məbədləri elan edən erməni yeparxiyasının Gürcüstana sırıdığı dinlərarası müharibə necə olsun? Yaxud “Abxaziya dəmir yolunun” açılmasına, Cavaxetiyaya qədər və daha sonra Ermənistana uzadılmasına yönəlmiş, kağız üzərində qalan layihə?

Rusiyadan soruşmaq istəyirik: niyə?!
Erməni separatçılığı Cavaxetiyada belə baş qaldırırdı


Ermənistanın xarici siyasətində yeni dönüş yeni qərb vektoru ilə bağlıdır. Və bu geosiyasi vektor məhz Gürcüstandan başlanğıc götürür. Rusiya ilə üzülüşən Paşinyan Qafqazda qərb neorevanşizminin məbədinə - Sakral Sakartveloya gedir...

Ancaq Rusiya yekun qənaətə gəlməyə tələsmir. Kreml əvvəlki kimi erməni inqilabının “durulmasını” gözləyir. Lakin Rusiya siyasi dairələrinə yaxın mənbələrin bildirdiyinə görə, Türkiyədə Ermənistanın “qərbə dönüşündən” ciddi narahatdırlar. “Sevgi inqilabından” sonra Qərbdə Sərkisyan tərəfdən “dəfn edilmiş” Sürix protokollarının reanimasiyası barədə ciddi düşünməyə başlayıblar. Türkiyə hakimiyyət dairələrindən sızdırılan məlumatlara görə Qərbdə Ermənistanla Türkiyə arasında sərhədlərin açılması məsələsini yenidən aktuallaşdırmağa hazırlaşırlar.

Rusiyadan soruşmaq istəyirik: niyə?!
kürd silahlıları işğal edilmiş Qarabağın yaşayış məskənlərində də peyda olublar


Obamanın hakimiyyəti dövründə məhz Azərbaycan bu razılaşmanın həyata keçirilməsinə imkan vermədi. Yeri gəlmişkən, o vaxtdan bəri dünya da, region da xeyli dəyişib. Ərəb inqilabından və “Suriya tələsindən” sonra çətin ki, Türkiyə rəhbərliyi hətta permanent və sərt geosiyasi təzyiqlər qarşısında belə Sürix protokollarını dirçəltmək istəsin. Əgər Ermənistan geriyə dönüşü olmayan nöqtəyə gəlib çatarsa və tamamilə Vaşinqtonun nəzarətinə keçərsə (bu ssenari isə hazırda geri dönməz xarakter alıb) Türkiyə öz şərq sərhədlərində Suriya ilə cənub sərhədlərində olduğu kimi “terrorçu gərginlik zolağı” əldə edəcək.

Hansı ki, İraq Kürdüstanındakı referendum məğlubiyyətinin ardınca “Afrin tələsi” Vaşinqton üçün ikinci iflas oldu, Ankara etibarlı “təhlükəsizlik zolağı” yarada bildi. Ona görə də, bu halda Suriyada darmadağın edilmiş separatçı “Kürd özünümüdafiə qüvvələri”nin Ermənistanla Türkiyə sərhədinə yerdəyişməsi baş verə bilər. Burada Ankaraya qarşı hələ də partizan müharibəsi aparan PKK döyüşçülərinin cəmləşməsi ehtimalı da böyükdür.

Diqqət yetirin, İŞİD-in darmadağın edilmiş dəstələri hara can atır? Əfqanıstana və Mərkəzi Asiya regionuna, MDB-nin qapısı ağzına və Rusiya qoşunlarının bazalarının yerləşdiyi zonalara. Bu təhlükəli ssenari Serj Sərkisyanın dövründə hazırlanmış və Suriyadan kürd-erməni icmalarının Ermənistana, işğal edilmiş Qarabağa köçürülməsi planını nəzərə almaqla Ermənistanın Türkiyə ilə sərhədlərində də baş qaldıra bilər. Türkiyə xüsusi xidmət orqanları dəfələrlə Qarabağın düzənlik hissələrində belə kürd məskənlərinin salınmasından narahatlıq ifadə ediblər.

Əbədi Rusiyaya əbədi sual

Rusiyadan soruşmaq istəyirik: niyə?!


Biz isə yüzüncü dəfə bu danılmaz həqiqəti təkrarlamağa məcburuq - Rusiya erməniləri dünya erməniliyinin maraqlarının keşiyindədir, Rusiya dövlətçiliyinin deyil. Kreml bu aydın reallığı nə vaxt başa düşəcək? Və Rusiya yolunu azmış satellitinin bu cür şıltaqlığına daha nə qədər yumşaq yanaşacaq? Axı Kreml bu gün təhdid altında olan bütün həyati əhəmiyyətli maraqlarını tərəzinin gözünə qoyur?...

Biz Rusiyadan soruşmaq istəyirik - niyə?!

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *