İsrail İrana qarşı F-35 qırıcısını tətbiq etdiyini açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

İsrail İrana qarşı F-35 qırıcısını tətbiq etdiyini açıqladı

İsrail İrana qarşı F-35 qırıcısını tətbiq etdiyini açıqladı

İsrail dünyada ABŞ-ın “Lookheed Martin” şirkətinin istehsalı olan 5-ci nəsil F-35 Lightining II qırıcısını döyüş şəraitində tətbiq edən ölkədir.

Virtualaz.org xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin komandanı Amikam Norkin bir sıra ölkələrin hərbi hava qüvvələri nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq konfransdakı çıxışında bildirib. Konfrans İsrail Hərbi Hava Qüvvələrinin 70 illiyinə həsr edilmişdi.

“Biz dünyada ilk dəfə F-35 qırıcılarını döyüş şəraitində hədəflərə hücum üçün tətbiq etmişik. Bu, iki müxtəlif cəbhədə baş verib. Bizim F-35 təyyarələri bütün Yaxın Şərq boyu qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində iştirak edir”-komandan deyib.

İsrail İrana qarşı F-35 qırıcısını tətbiq etdiyini açıqladı


İsrail Hərbi Hava Qüvvələrinin komandanı F-35 qırıcılarının hansı hədəflərə qarşı tətbiq edildiyini açıqlamayıb. Amma şübhə yoxdur ki, söhbət mayın əvvəllərində İranla İsrail arasında baş vermiş ilk birbaşa hərbi toqquşmadan gedir. Həmin vaxt İran Suriya ərazisindən Golan təpələrində yerləşdirilmiş İsrail mövqelərinə “Uraqan” reaktiv yaylım atəşi sistemindən zərbələr endirib. Amikom Norkin İsrail mövqelərinə 32 raket atıldığını bildirib. Generalın sözlərinə görə, buna cavab olaraq İsrail Suriya ərazisində İrana aid onlarla hədəfi vurub, o cümlədən Suriyanın havadan müdafiə sistemlərinə zərbə endirib.

İsrail İrana qarşı F-35 qırıcısını tətbiq etdiyini açıqladı


Bundan əvvəl Yaxın Şərq mənbələri İsrailin F-35 qırıcılarını İrana qarşı tətbiq etdiyi, hətta bu qırıcıların İran üzərində uçuşlar keçirərək geri döndüyü haqda xəbərlər yaymışdı.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *