İsrail İranın Suriyadakı hərbi obyektlərinə zərbələr endirib
İsrail Silahlı Qüvvələri fevralın 10-na keçən gecə Suriyadan ölkənin hava məkanına daxil olan İrana məxsus pilotsuz uçuş aparatını vurublar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail ordusunun rəsmi saytında məlumat verilir.
Bundan əlavə İsrail hərbçiləri Suriyada yerləşən İran hərbi obyektlərinə cavab atəşi endiriblər.
Qeyd olunur ki, Suriya ərazisindən İsrail təyyarələrinə bir neçə raket atılıb.
Hadisəyə rəsmi mənbələr hələ ki, münasibət bildirməyib.
Mənbə:> Oxu.Az